Hakimiyyət təmsilçilərinin, həmçinin iqtidara yaxınlığı ilə seçilən nəşrlərin Ziyalılar Forumuna, orada təmsil olunan şəxslərə qarşı hücumları bitmək bilmir. “Yeni Azərbaycan” qəzeti son məqaləsində qurumda təmsil olunan şəxslərin davranışlarının öz qaranlıq əməllərini ört-basdır etmək üçün hökumətə ittihamlar yönəltmək məqsədi daşıdığını yazır. Ənənəvi olaraq Rüstəm Ibrahimbəyovu hədəfə alan qəzet eyni zamanda Ziyalılar Forumunun digər üzvü Gültəkin Hacıbəylinin fəaliyyətini şəxsi biznesindəki çətinliklərlə izah etməyə çalışır.
“Yeni Azərbaycan”ın yazdıqlarına Ziyalılar Forumunun da cavab gəlib.
“Yaxın zamanda cəzalarını alacaqlar”
Ziyalılar Forumunun başqa üzvü Gültəkin Hacıbəyli isə bir qayda olaraq iqtidar mətbuatında yazılan bu tip yazıları oxumadığını bildirdi: “Belə yazıları oxumuram. Onları internetdə oxuyanların sayı 20-30, uzağı 50-100 nəfər olur. Bu da cəmiyyətin o yazılara münasibətidir. O yazıların müəllifləri yəqin ki, Ziyalılar Forumuna, o cümlədən mənim şəxsiyyətimə böyük dəyər verirlər. Mənim sözlərim, fikirlərim onlar üçün çox maraqlı olduğu üçün barəmdə yazırlar. Ancaq onların səsləndirdiyi fikirlər, mövqe mənə maraqlı, heç bir əhəmiyyəti olmadığından o məsələlərə münasibət bildirmirəm. Dil insanın mahiyyətini açmaq üçün bir vasitədir, təfəkkürün ifadə vasitəsidir. Buyursun, hər kəs öz dili ilə, öz yazısı ilə öz mahiyyətini ifadə etsin. Mənim ”Azadlıq"da bir müsahibəmi ən azı 18-20 min oxucu, o qəzetlərdə yazıları isə 50 adam oxuyur. Bu da cəmiyyətin orada yazılanlara münasibətinin göstəricisidir".
G.Hacıbəyli hesab edir ki, Azərbaycanda bəzi adamlar yalnız onların hər şeyə haqqının olduğunu düşünür. Başqalarının heç nəyə sahib olmaq haqqı yoxdur: “Bəziləri Azərbaycana şəxsi əmlakı kimi baxmaq təfəkküründən uzaqlaşmalıdır. Yazını yazanlar sifarişçilərə müraciət edib öyrənsinlər ki, mən hansı insanların hansı təkidli tələblərinə qarşı çıxaraq kimlərin əleyhinə yazı yazmaqdan imtina etmişəm, kimlərin əleyhinə hazır yazıları imzalamaqdan imtina etmişəm və buna razı olanlar nə ilə mükafatlandırılıblar. Türkiyə ilə bağlı hansı məsələlərdə hansı prinsipial mövqe nümayiş etdirmişəm. O zaman mənim qohumlarımın biznesinə də heç bir problem yox idi. Goranboydakı insanlardan soruşsunlar, sadə vətəndaşların haqlarını, hüquqlarını qoruyan zaman onların haqlarını pozan şəxslərlə hansı ciddi konfliktlərim olub.
"Demək, mandat alverini etiraf edirlər"
Azərbaycan Konstitusiyasının 29-cu maddəsi hər kəsin mülkiyyət hüququ olduğunu təsbit edir. Mənim qohumlarımın da Azərbaycanın başqa vətəndaşları kimi mülkiyyət hüququ var. Və mənim qohumlarımın da yeganə gəlir mənbəyi olan əmlak Zülfüqarlı qardaşlarının zavodları, digər sahibkarların əmlakı kimi qəsb edilib. Bu zaman yaxınlarıma qarşıda, elə yuxarıda adlarını sadaladığım sahibkarlara qarşı edilən və 37-ci ili xatırladan repressiya tədbirləri tətbiq ediblər. Bütün bunlar isə ona görə baş verib ki, 2009-ci ilin may ayında kiminsə kürəkəni Goranboya gəlib və həmin obyekti 10 gün müddətinə bağlatdırandan sonra mənim müdaxiləm nəticəsində geri çəkilməli olub! Mənim bunun qarşılığında susmağım zəifliyimdən yox, dəyər adamı olmağımdan irəli gəlib. Fikirləşmişəm ki, insanın əmlakı ola da bilər, olmaya da bilər. Ruzini verən Allahdır. Bu gün bir əmlakın əlindən alına bilər, sabah Böyük Allah qarşılığını on dəfə artıq verər. Mən belə xırda məsələyə görə kəsdiyim duz-çörəyi basan adam deyiləm. Susmağım da ilk növbədə özümə, öz keçmişimə və ölkə başçısına qoyduğum hörmətdən qaynaqlanıb. Əks halda, razılaşarsınız ki, bu təqiblərin sorağı, ən azı Avropa Şurasından gələrdi.
Yazırlar ki, mən deputat olmadığım üçün qisas alıram. Kimdən? Məgər deputatı xalq seçmir? Özü də mən, ümumiyyətlə, 2010-cu il parlament seçklərində namizədliyimi verməmişəm, seçkidə iştirak etməmişəm!
Demək, siz Elşad Abdullayevin mandat alveri ilə bağlı iddialarını qəbul edirsiniz! parlamentin xalqın iradəsi ilə yox, siyahı ilə formalaşdığını və mənim də əvvəldən hazırlanan bu siyahıya düşməməyimi etiraf edirsiniz!
Bu səmimiyyətinizə görə çox sağ olun deyirəm.
Yazırlar ki, vəzifə istəyirəm. Mən orta məktəbi Qızıl medalla, BDU-nu iki - Şərqşünaslıq və Hüquq fakültəsini Fərqlənmə diplomu ilə, aspiranturanı əla qiymətlərlə bitirmişəm (hamısı millət vəkili seçilməmişdən əvvəl olub).
Müdafiəm barədə yazmağı isə təvazökarlıqdan uzaq hesab edirəm. Elmi mühitdə bunu yaxşı bilirlər. Bir neçə xarici dildə sərbəst danışıram. Lap tutaq ki, mən vəzifə tutmaq istəyirəm, bu məgər, cinayətdir? Kimlərinsə, mərhum Heydər Əliyevin vəfatından sonra dərhal istedadı aşıb-daşa bilər, 35 ilin laborantı 3-4 ilin içində elmlər doktoru, professor, kafedra müdiri ola bilər, ancaq mən vəzifə sahibi ola bilmərəm? Hesab edirəm ki, istəməsəm belə, bu mənim haqqımdır. Lakin mən rəsmi surətdə bəyan edirəm: Mən heç bir vəzifə istəmirəm! Mən bu günün “intellektual” tələblərinə cavab vermədiyimin, bugünkü “işgüzar” mühitə uyğun gəlmədiyimin fərqindəyəm.
"Ən yaxın zamanlarda ciddi addımların şahidi olacağıq”
Mənim, ümumiyyətlə, belə bir arzum, istəyim və niyyətim yoxdur! Mən, təbiət etibarilə, məmur deyiləm, azad ruhlu insanam. Mənim qohumlarımın bir qanuni əmlaka sahib olması cinayət deyil, ancaq başqalarının zavodlarını, universitetini, karxanasını quldurcasına qəsb etmək cinayətdir! Iki milyona mandat satmaq cinayətdir! Vətəndaşı oğurlatdırıb qarşılığında pul tələb etmək cinayətdir! Vətəndaşların əmlakını ələ keçirmək məqsədilə onları polislə təhdid etmək, məhkəməyə təzyiq edib qanun adına təhqir olan qərarlar çıxartdırmaq ağır cinayətdir! Mənim, deputatlıq və ya vəzifə istəyim olsa belə, bu da Konstitusiyanın mənə verdiyi hüquqdur və qanunidir. Ancaq kiminsə, öz vəzifə səlahiyyətlərindən istifadə edərək öz qohumlarını, hətta, erməni millətindən olan savadsız qohumlarını vəzifələrə təyin etdirməsi, deputat seçdirməsi, nəinki qanuni
deyil, artıq cinayətdir. Mən, mənə ünvanlanan bütün suallara cavab verdim. Düzdür, yenə də öz keçmişimə və cənab prezidentə hörmət qoyaraq, ən yumşaq tərzdə. Indi növbə qarşı tərəfindir.
Mənim ailəmin yeganə gəlir mənbəyinə bu qədər diqqət və qayğı göstərənlər, buyursunlar, öz biznes imperiyaları, gəlir mənbələri haqqında danışsınlar. Ailə üzvlərini necə “alim” etmələrindən, onlara xidmət müqabilində kimləri nə ilə mükafatlandırdıqlarından məlumat versinlər. Onlara yaxın olan şəxslərin yüzlərlə villasından, obyektindən və s. yazsınlar. Bir daş karxanası haqqında yazmağa nə var ki! Istəsələr, yaddaşlarını təzələməkdə onlara hərtərəfli köməklik göstərməyə hazıram. Sonda, istəmədiyim halda, mənə bütün bunları söyləmək fürsəti yaratdıqları üçün o şəxslərə bir daha dərin minnətdarlığımı bildirirəm. Hələlik, nöqtə qoyuram və Elşad Abdullayevin videolarından heç də az maraqlı olmayan təfərrüatları yazmıram. Ümid edirəm ki, yazmağa ehtiyac qalmayacaq".
G.Hacıbəylinin sözlərinə görə, XXI əsrdə insanları qul gözündə görmək yanlış yanaşmadır. “Bu ölkə hamımızındır və bu ölkəyə hamımızın haqqı var. Əminəm ki, ən yaxın zamanda bu adamlar öz cəzalarını alacaqlar. Elşad Abdullayevin videolarında da söhbətin kimlərdən getdiyi məlum olur. Ən yaxın zamanlarda biz ciddi addımların şahidi olacağıq” (azadliq.az).














Gültəkin xanım! Aydın məsələdir ki nəinki sizi, heç kimi Azərbaycanda savadına görə yox, başqa keyfiyyətlərinə görə deputat seçirlər və vəzifəyə də savadlıları yox lazımlı adamları qoyurlar. Amma bu müsahibədən əvvəl telekanalizasiyaların birində sizin əmlaklarınızı saymalarını eşidəndə dedim ki, əgər bu pis işdirsə ta onda Gültəkindən niyə yapışırlar, elə özlərindən başlasınlar də, hansının bu qədər, hətta bundan da qat-qat çox əmlakı yoxdur ki?Əgər bunu cinayət, pis əməl hesab edirlərsə onda özləri əllərini qaldırıb təslim olsunlar. Respublika prokurarluğunun bir şöbə müdirinin Bakıda 5 villası var ey.
Gultekin xanim, men sizin leyaqetiniz, qeyretiniz qarshisinda bash eyirem! Kishilerde olmayan qeyret, cesaret sizde var. Hemishe dushunmushem ki, bizi bu zilletden Azerbaycan qadini chixaracaq! Belke o qadin sizsiniz? Savadiniz, leyaqetiniz, exlaqiniz, hetta zahiri gorunushunuz de gozeldir! Size ugurlar! Allah sizi ve Ziyalilarimizi hifz etsin!
BRAVO GÜLTƏKİN xanim..
Men bir Azerbaycan genciyem.Dusmen topraqlarimizi tapdayanda inasanin ici yanir.Amma bu sapi ozumuzden olan dusmenler tapdayanda ise lap olmek isteyirem.Amma biz herhseyi duzgun qiymetlendirmeliyik.Gultekin xanimi da digerleri ile qatmamaliyiq.bunu bir nece terefden izah etmek olar.Birincisi her insan sehv ede biler.onemli olan sonradan o sehvini basa dushsun.ikincisi bizim millet olaraq onun kimi savadli insanlarin heqiqi ishine ehtiyacimiz var.Bir de men Azerbaycan Diller Universitetinde oxuyarken onun bacisin taniyirdim Ayten xanim.hemin vaxt Gultekin Haciyeva Semed Seyidovla beraber bizi Avropada da temsil edirdiler.Basqalarindan ferqli olaraq Ayten xanim telebelerin qeydine qalir ve bizleri kimliyimizden asili olmayaraq cox sevirdi.Universitetde tutdugu vezife de yaxsiydi.Amma biz onu hemishe sade bir Muellime kimi gorduk.Eyni aileden cixdiqlarina gore mence Gultekin xanim da en azindan o ailenin verdiyi terbiye ile gedir.
Baltaqzar, səninlə işim yoxdur, İt ləqəbi götürməyindən hər şey bəllidir. Karvan onsuz da dayanan deyil. Sən isə, Svoyski, əxlaqından görünür ki, Svoyski yox, Çujoyskisən. Hər halda bir böyüklərindən soruş. Nə bilim, vallah, bəlkə koillektivskisən? Bir məhəllə kişilərindən də soruş. Necə deyərlər-"sın polka".
Bizim deputatlar bax budu-bunu kim secmisdi o vaxti men bilmirem-yene gulerin aqzi soz tutur-bu yuz faiz pul dan basqa nesede verib o deputat kreslosu ustunde.Camahat neleri bilir seni oxuyan kimdi.buda gundeme gelmeycin bilmir neynesin-bizim camahata indi day Elsad abdullayavein gonderdiyi gozel seriyallar lazimdi sizdede varsa ele seriyallar onda gundemde qalarsiz
Səndə bilmək olmur kimlərə xidmət edirsən bir ALLAH bilir səndə Gülər kimi kiminsə hesabina deputat seçildin, amma axira kimi oturub yeyə bilmədin.