|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq artmaqda davam edir”. Bu barədə Respublika Baş Prokurorluğunda keçirilən kollegiya iclasında bildirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiyada qeyd olunub ki, bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədi ilə Dövlət Neft Şirkətinin “Azəriqaz ” İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərilib. Nəticələr və görülmüş tədbirlər barədə baş nazir məlumatlandırılıb.
655 dəfə baxılıb
|
[16.03.2010] - KASPAROV YENƏ' PUTİNƏ "İLİŞDİ" [15.03.2010] - 31 YAŞLI ŞƏXS AVTOMOBİLİ İLƏ BİRLİKDƏ İTKİN DÜŞÜB [15.03.2010] - BAKIDA AVTOBUS YANIB [15.03.2010] - 63 YAŞLI QADIN ÖZÜNÜ BIÇAQLAYIB [15.03.2010] - SUMQAYIT SAKİNİ DƏM QAZINDAN BOĞULUB [15.03.2010] - ZƏRDABDA 17 YAŞLI OĞLAN ÖZÜNÜ ASIB [15.03.2010] - CƏLAL ƏLİYEVİN APELYASİYA ŞİKAYƏTİ BAXIŞA TƏYİN EDİLDİ [15.03.2010] - ELMAR MƏMMƏDYAROV: "MÜHARİBƏ RİTORİKASI ONA GÖRƏ MÖVCUDDUR Kİ..." [15.03.2010] - MƏMMƏDYAROV FASİE İLƏ SƏRT DANIŞACAQ [15.03.2010] - BAŞ HƏKİM İŞ BAŞINDA İNFARKTDAN ÖLÜB [13.03.2010] - DÜNYANIN ƏN VARLI ADAMI TÜRK MƏNŞƏLİDİR [13.03.2010] - OMBUDSMAN MÜDAXİLƏ ETDİ, ADAM AZAD OLUNDU [13.03.2010] - ƏSGƏR VƏFAT EDİB [13.03.2010] - 47 YAŞLI KİŞİ AVTOMOBİLİ İLƏ BİRLİKDƏ İTKİN DÜŞÜB [13.03.2010] - QADIN DƏM QAZINDAN ZƏHƏRLƏNDİ [13.03.2010] - 53 YAŞLI KİŞİ ÖZÜNÜ ASIB [13.03.2010] - MÜFƏTTİŞLƏR YENİDƏN SÜRÜCÜLƏRİ DÖYMƏYƏ BAŞLADI [13.03.2010] - ALMATIDA BƏND UÇUB, 30 NƏFƏR ÖLÜB [13.03.2010] - UNİFORMA MAXİNASİYASI |
| Yeni MÜSAVAT © 2008 |
|