30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

"EUROVİSİON" TƏMSİLÇİLƏRİMİZİN BAŞINA İŞ GƏLİB

Onlar aeroportda gecələyib, xəstələniblər

Azərbaycanı bu ilin mayında ”Eurovision-2010” müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu kəskin hava şəraiti ilə əlaqədar bir gün Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub. APA-nın məlumatına görə, fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib. Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər. “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koodinatoru Zəhra Bədəlbəyli APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hava reysləri təxirə salındığından finalçıların Kiyevə uçmasında problem yaranıb: “Bu səbəbdən onlar gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdilər. Xəstəxanaya aparılmalarına gəlincə, finalçıların boğazları müayinə olunub. Həkim müayinəsindən sonra onlar otelə aparılıblar”. Z. Bədəlbəyli onu da bildirib ki, artıq finalçılar hazırlıq prosesindədirlər və mahnı yazılışına başlanılıb.

1825 dəfə baxılıb

[29.07.2010] - İLHAM ƏLİYEV QƏBƏLƏYƏ GEDİB

[29.07.2010] - REPORTYORUMUZ "TELEQÜLLƏ"DƏN REPORTAJ HAZIRLAYIB

[29.07.2010] - ATİLLA KAYA İSA QƏMBƏRLƏ GÖRÜŞDÜ

[29.07.2010] - KLİNTON OBAMANI TOYA ÇAĞIRMAYIB

[29.07.2010] - ERMƏNİ ORDUSUNDA ATIŞMA OLUB

[29.07.2010] - QADIN SÜRÜCÜ YOL QƏZASINDA ÖLÜB

[29.07.2010] - MÜXALİFƏT ETİRAZ AKSİYASI KEÇİRƏCƏK

[29.07.2010] - JURNALİSTLƏR "QAN ÇANAĞI"NDA OLDULAR

[29.07.2010] - AZƏRBAYCANLI MİLYARDER AVROPADA SENATOR OLDU

[29.07.2010] - KÖHNƏ DOSTUN YENİ TƏŞRİFİ

[29.07.2010] - SU KƏMƏRİNİN TİKİNTİSİNDƏ FACİƏ

[29.07.2010] - ANNA ÇAPMANIN KUKLASI HAZIRLANACAQ

[29.07.2010] - YERİN MƏHVOLMA TARİXİ AÇIQLANIB

[29.07.2010] - İTKİN DÜŞƏN ŞƏXS İNTİHAR EDİBMİŞ

[29.07.2010] - ABDULLA GÜL ÖLKƏMİZƏ GƏLƏCƏK

[29.07.2010] - MƏŞHUR SƏNƏTÇİLƏRİN İLK PEŞƏSİ NƏ OLUB?

[29.07.2010] - DAVUDOĞLUDAN ABŞ-a İRAN MESAJI

[28.07.2010] - QADIN İNTİHARA CƏHD ETDİ

[28.07.2010] - BAKIDA MƏNZİLƏ BASQIN EDİLİB

[28.07.2010] - BEŞMƏRTƏBƏLİ BİNADA YANĞIN OLUB

ARXIV

Yeni MÜSAVAT © 2008