03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

"BU QADIN MƏNİ FƏLAKƏTƏ SALIB"

Keçmiş səfir Əfşar Süleymani Bakıda elə bir cəncələ düşüb ki, altından çıxa bilmir

İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani APA-ya geniş müsahibə verərək Bakıda başına gələn qəzavü-qədərdən, qadın şərinə düşməsindən danışıb. Müsahibəni qısa ixtisarla dərc edirik.

- Son günlər Azərbaycan mətbuatında Sizinlə bağlı xoşagəlməz informasiyalar yayılır. Şəmsiyyə Bəylərqızı adlı xanım Sizin həyat yoldaşınız olduğunu iddia edir və oğlunun atası kimi haqlarını tələb edir. Bu barədə nə deyə bilərsiniz?

- Mənim səfir kimi missiyamın başa çatmağına təxminən bir ay qalırdı. Həmin vaxt ürəyimdən əməliyyat da olunmuşdum. Mən ölkəmə qayıtmalı idim. Onsuz da İranın yeni iqtidarı məni cənab Hatəminin səfiri bilirdi. O aralar Şəmsiyyə Bəylərqızı adlı xanım gəlib mənimlə görüşmüş və yazdığı yeddi kitabdan bir neçəsini təqdim etmişdi. Həmin kitablardan ikisi Əli İnsanov haqqında idi. Bu qadın təklif etdi ki, mənim müsahibələrimdən ibarət kitab buraxmaq istəyir. Kitabın da adını qoydu “Azərbaycanı Vətəni bilən diplomat”. Sonra o, mənə Ekspertiza və Müdafiə Mərkəzi adlı bir QHT-nin sədri olduğunu göstərən vizit-kart verdi və dedi ki, bu təşkilatı Yaponiyada dəstəkləyirlər. O, deyirdi ki, Yaponiyada olan bir QHT Forumunun da vitse-prezidentidir. Eyni zamanda, Jurnalistlər Birliyinin üzvlük vəsiqəsini də göstərdi. Digər tərəfdən də mənim haqqımda buraxdığı kitaba görə pul istəmədi. Fikirləşdim ki, bu təmənnasız və yaxşı insandır. 2006-cı ilin fevral ayında həmin kitabın təqdimatı oldu. Bundan sonra, mənim missiyam başa çatdı. Lakin oğlumun təhsili ilə bağlı daha bir müddət Bakıda qalmalı oldum. Bu müddətdə isə Şəmsiyyə Bəylərqızı mənə xatirələrimdən ibarət daha bir kitab yazmağı təklif etdi. Bu ərəfədə o, özünü elə aparırdı ki, guya Azərbaycan hökumətindəki yüksək çinli məmurlarla çox sıx əlaqələri var. Mən də Azərbaycanda müəyyən işlər görmək istəyən şəxsləri bu xanımla əlaqələndirdim ki, işləsin. Bu da insanlardan pulları alıb, saxta sənədlərlə adamları aldatmağa başladı. Bu məsələ çox uzundur. Hətta on gün də danışsam, qurtaran deyil. Məsələ çılpaqlığı ilə ortaya çıxandan sonra Daxili İşlər Nazirliyinə müraciət etdim.

- Məsələnin məzmunu məlumdur. Yəni siz hüquq-mühafizə orqanlarına müraciət edəndən sonra bu xanımın dilindən borclu olduğu pulu və mənimsədiyi evi qaytaracağına dair iltizam alınıb. Həmin pul və evin axırı necə oldu?

- O, söz vermişdi ki, borclu olduğu 1 milyon 200 min dollardan, 400 minini qaytarsın. Ancaq söz versə də, bu puldan bir qəpik də qaytarmadı. O, görəndə ki, mən Bakı ilə əlaqəyə girib, yenidən pulu tələb edirəm, başladı mənim əleyhimə şantajlara. Mən həmin vaxt Bakıya gəlmişdim. Bu o zaman idi ki, Şəmsiyyə Bəylərqızı ATV-yə çıxıb müsahibə vermişdi. O, mənim haqqımdakı saxta sənədlərdən bir hissəsini də İrana göndərmişdi. İranda həmin vaxt prezident seçkilərinə hazırlıq keçirilirdi. Mən Mirhüseyn Musəvinin Ərdəbildə seçki kampaniyasının rəhbəri idim. Orada özünü bir qrup islahatçı kimi təqdim edən insanlar məni ləkələmək istəyirdilər. Həmin adamlar bu qadınla da əlaqəyə girmişdilər. Mən Azərbaycanda işləyəndə müştərək mənafeyə qulluq etmişəm. Nə Azərbaycanın, nə İranın əleyhinə heç vaxt fəaliyyət göstərməmişəm. İstəyirəm Azərbaycanın çox hörmət etdiyim rəhbərliyi bu məsələlərlə bağlı ölçü götürülməsi üçün göstəriş versin. Belə olmaz. İstəyirəm ki, qanun yerinə yetirilsin. Bu insan mənimlə ailəli olduğu haqda saxta sənəd yayıb. Üstəgəl məndən bir övladının da olduğu iddia edir.

- Evin axırı necə oldu?

- Evi qaytarıblar.

- Bəs evi neylədiniz?

- Satıb borcları qaytardım. Tək o evi yox, Tehrandakı evimi, uşaqlarımın maşınını satdım. Bu qadın məni fəlakətə salıb. Mən tələb edirəm ki, bu qadın an azı mənə dilindən iltizam verdiyi 400 min dolları qaytarsın.

- Qaytarmır axı...

- Özümə vəkil tutmuşam. Vəkilimin adı Fəxrəddin Mehdiyevdir. İstəyirəm ki, bu qadın mənimlə evli olduğunu sübut edən sənədi məhkəməyə təqdim etsin. Belə sənəd yoxdur axı.

- Siz evlilik sənədi deyirsiniz, Şəmsiyyə Bəylərqızı ortaya oğul qoyub. Hətta bu oğulun dünyaya gəlməsi üçün Sizin razılığınızla İstanbulda həyata keçirilən süni mayalanma sənədlərini də yayıb.

- Mən də iddia edirəm ki, bu sənədlər saxtadır. Bu adam Türkiyədən məni yanına çağırıb deyib ki, Azərbaycan hakimiyyəti pulların köçürülməsinə imkan vermir. Mən iki-üç dəfə İstanbula dəvət edib. Orada yalandan oyun çıxardıb və pulları mənə verməyib. Onun yaydığı kəbin, izdivac sənədləri saxtadır. Əgər mən onunla evlənmişəmsə, nəyə görə süni mayalanma ilə uşaq dünyaya gətirir?

- Bunu çox ailələr edə bilər. Kimsə ailə qurar və övlad dünyaya gətirmək üçün süni mayalanmadan istifadə edə bilər.

- Əgər bunun dünyaya uşaq gətirmək qabiliyyəti yoxdursa, axı süni mayalanmaya da getmək olmaz.

- Sizdən səmimi bir söz soruşmaq istəyirəm. Uşağı, rəsmi nikahı qoyaq qırağa. Sizin bu qadınla hər hansı intim münasibətiniz olub?

- Belə münasibət qətiyyən olmayıb.

- Bəs necə olmayıb ki, Siz onunla qol-boyun şəkil çəkdiribsiniz?

- Belə şəkil istənilən adamla çəkilə bilər. Bir adamla səmimi münasibətin var və şəkil çəkdirəndə əl-ələ də tuta bilərsən. Bu nə vaxtdan ayıb sayılıb? Bu adam belə şəkilləri çəkdirəndə də nələrisə planlaşdırırmış. Nə bilim ki, bu adam belə edəcək... Gəlib özü mənim əlimdən tutub. Orada qadın naməhrəm kişi ilə öpüşə də bilər. Yəni siz də bilirsiniz ki, belə şeylər ittihama ciddi əsas ola bilməz.

- Deyirəm işdir, birdən şəkillərin ardınca müəyyən görüntüləri ortaya qoyan video-klipləriniz yayımlandı. Onda nə deyəcəksiniz?

- Əlində varsa, qoysun. Mən tələb edirəm ki, bu adam rəsmi nikah sənədini ortaya qoysun, mən təslim olum. Onun süni mayalanma etdirdiyi vaxt mən Türkiyədə olmamışam. Axı mənim pasportum var. Bundan əlavə, Türkiyəyə giriş-çıxış tarixləri var. Mən istəyirəm ki, bu insan camaatın pulunu qaytarsın. Mən onu efirə çıxaran televiziyaya müraciət etmişəm ki, qarşı tərəf kimi mənim də hüquqlarımı tanısınlar və vəziyyətə aydınlıq gətirmək üçün efir vaxtı versinlər. Lakin onlar bundan imtina edib. İndi bu qadınla mənim işim təkrar məhkəmə ərəfəsindədir. Məhkəmədən bir neçə tələbim var. Birincisi süni mayalanma olduğu vaxt mənim Türkiyədə olduğu sübut edən sənəd ortaya qoyulsun, ikincisi hansı nikah sənədi ilə süni mayalanmaya icazə verildiyi aydınlaşdırılsın. Əgər Azərbaycanın rəsmi orqanları bu nikah sənədini təsdiqləsələr, mən tabe olmağa hazıram. Heç bir sənəddə mənim imzam yoxdur. Bu qadın mənə Avropa ölkələrinin dörd ədəd saxta fəxri doktorluq diplomunu təqdim edib. Mən bu sənədləri sizə təqdim edə bilərəm.

- Sizin həyat yoldaşınız bu məsələlərə nə deyir?

- O bilir ki, bu qadın “maşennik”dir. Bu qadın bir dəfə mənim telefonumu götürüb bütün nömrələri köçürüb. Ondan sonra müəyyən nömrələrə sms-lər göndərib. Eyni zamanda, bu sms-lərdən bir neçəsini də mənim xanımıma göndərib. Lakin, həyat yoldaşım mənə inanır və etibar edir.

- Dedilər axı Sizi Tehranda həbs ediblər?

- Bu məlumat da o, qadının yalanları idi. Məni heç kəs həbs etməyib. Mən nəyə görə tutulmalıyam ki?

- Mirhüseyn Musəvini dəstəkləməyiniz sizə problem yaratmadı ki?

- Mən sözümü həmişə demişəm, deyirəm, deyəcəyəm də. Mən veb səhifəm var, orada fikirlərimi yazıram. Fikirlərimi açıq şəkildə bildirirəm.

- İndi də Mirhüseyn Musəvinin yanındasınız?

- Yanında deyəndə onun fikirlərini dəstəkləyirəm. Seçki vaxtı Musəvinin yanında bir qrup fürsətpərəst gördüm. Bu adamlar da Şəmsiyyə ilə birləşib, əleyhimə müəyyən işlər gördülər. Musəvinin fikirlərini bəyənməklə yanaşı, özümün də müəyyən fikirlərim var. Seçki kampaniyası ərəfəsində Musəviyə məktub yazıb, onun ətrafındakı fürsətpərəst insanlar haqqında məlumat verdim. Bu məktubum internetdə də çap olunub.

- İndiki İran iqtidarı hər hansı bir işə dəvət etsə, qəbul edib işləyərsiniz?

- Yox, işləmərəm. Mənim xarakterimlə uyğun gəlməyən yerdə işləyə bilmərəm. Mən şəffaf adamam. Mən Ukrayna da səfir olmuşam. Bundan əlavə 15-16 il MDV ölkələri ilə əlaqələr üzrə işləmişəm.

- Görünür, diplomat kimi təcrübəniz çox olsa da, həyatda bilmədiyiniz çox şeylər var...

- Bu qadın özünü yazıçı kimi təqdim edib, məni aldatdı. Mən də yazıçının fırıldaq olduğunu görməmişəm. İnsanın bu qədər fırıldaq, yalançı olduğunu nə oxumuşam, nə tarixdə, nə də yuxuda görmüşəm...

1707 dəfə baxılıb

[03.09.2010] - HAMLET İSAXANLI REKTORLUQDAN GETDİ

[03.09.2010] - ABU-nun MOSKVA FİLİALI DA BAĞLANIB

[03.09.2010] - ƏSGƏR XƏSTƏLİKDƏN ÖLÜB

[03.09.2010] - ASİM MOLLAZADƏ VƏ SABİR RÜSTƏMXANLI BLOK YARADIB

[03.09.2010] - BELÇİKA QƏZETİ TƏNZİLƏ RÜSTƏMXANLIDAN YAZIB

[03.09.2010] - İRAN SƏFİRLİYİNİN QARŞISINDA AKSİYA OLUB

[03.09.2010] - ABŞ SƏFİRLİYİNİN MƏTBUAT KATİBİ "YENİ MÜSAVAT"DA OLDU

[03.09.2010] - BAYRAQ CIRILIB VƏ ENDİRİLİB

[03.09.2010] - LƏNKƏRANDAN DAHA BİR MƏSCİDDƏ ŞİDDƏT XƏBƏRİ

[03.09.2010] - İSRAİLLİ QADIN ƏSGƏR FƏLƏSTİNLİ ƏSİRƏ NECƏ SATAŞIB...

[03.09.2010] - İH-in ŞÖBƏ MÜDİRİNİN OĞLU İNTİHAR EDİB

[03.09.2010] - LƏNKƏRANDA MƏSCİD ATƏŞƏ TUTULUB

[03.09.2010] - 41-ci DAİRƏDƏ 41-45 SAVAŞI

[02.09.2010] - "ŞUŞA" KOMANDASI BİRİNCİ DİVİZİONDA MÜBARİZƏYƏ BAŞLAYACAQ

[02.09.2010] - ZƏLİMXAN YAQUB YENƏ ƏMƏLİYYAT OLUNUB

[02.09.2010] - ƏSGƏR İNTİHAR EDİB

[02.09.2010] - TƏHSİL NAZİRLİYİ ABU-nun TƏLƏBƏLƏRİNİ ALİ MƏKTƏBLƏRƏ PAYLAŞDIRMAĞI DÜŞÜNÜR

[02.09.2010] - QORBAÇOV VƏ RAYS BATUMİDƏ MÜHAZİRƏ OXUYACAQLAR

[02.09.2010] - BƏRDƏDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ OLUB

[02.09.2010] - NALBƏNDYAN TÜRKİYƏNİN ÜNVANIA AĞIR DANIŞIB

ARXIV

Yeni MÜSAVAT © 2008