10 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İRAN ALİMİMİZİ ŞPİONAJDA İTTİHAM EDİR

2010-02-08

İranda həbsdə olan azərbaycanlı alimə qarşı irəli sürülən ittiham məlum olub. Bu barədə APA-ya təqsirləndirilən Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri, “Lazer” Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib. S. Məlikovun bildirdiyinə görə, R. Əliyev lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunur. Təqsirləndirilən şəxsin bu ittihamları qəbul etmədiyini vurğulayan S. Məlikov lazer texnologiyası ilə bağlı İranda mütəxəssis olmadığı üçün R. Əliyevin bu ölkəyə dəvət olunduğunu qeyd edib. Artıq bu barədə Azərbaycanın İrandakı səfirliyi də məlumatlandırılıb. S. Məlikov, həmçinin Azərbaycanın İrandakı səfirliyi tərəfindən R. Əliyevin hüquqlarını müdafiə etmək məqsədilə ona vəkil tutulduğunu da sözlərinə əlavə edib: “Rəşid Əliyevin işi ölkəmizin İrandakı səfirliyinin nəzarəti altındadır. Onun azad olunması üçün tədbirlər görülür. Bu yaxınlarda Milli Məclisdə də Rəşid Əliyevlə bağlı məsələyə qaldırılacaq”. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev 2008-ci ildə İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması prosesi həyata keçirilib. Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasa da, o, bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bəhanə gətirərək onu həbs edib.

1301 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ETNA VULKANI OYANIB

[09.02.2012] - "EUROVİSİON" ƏTRAFINDA SİYASƏT SÖHBƏTİ

[09.02.2012] - İSA QƏMBƏR ATƏT SƏFİRİ İLƏ GÖRÜŞÜB

[09.02.2012] - XƏZƏRDƏ AYSBERQLƏR ƏMƏLƏ GƏLİB

[09.02.2012] - SURİYANIN MÜXALİF ORDUSU İRANA MESAJ GÖNDƏRDİ

[09.02.2012] - “YENİ MÜSAVAT” YENƏ İŞIQSIZ QALDI (FOTOLAR)

[09.02.2012] - BAŞ HƏKİMİ AZADLIĞA BURAXDILAR

[09.02.2012] - NOVRUZOVDAN YENİ SAYIQLAMA

[09.02.2012] - TÜRKİYƏDƏ 13 PKK-çı ÖLDÜRÜLÜB

[09.02.2012] - ÖTƏN AY ÖLKƏMİZDƏ YOL QƏZASINDA 62 NƏFƏR ÖLÜB

[09.02.2012] - GECƏ BAKIDA HAVANIN HƏRARƏTİ - 8 OLUB

[09.02.2012] - ŞAXTA QƏZETLƏRİN TİRAJINI BUZ KİMİ KƏSİB

[09.02.2012] - SURİYADA QIRĞIN DAVAM EDİR

[08.02.2012] - RAMİL USUBOV NEJDAT ÖZƏLLƏ GÖRÜŞÜB

[08.02.2012] - QIRMIZI QAR YAĞDI

[08.02.2012] - AZƏRBAYCANDA "LOTU" YOXDUR

[08.02.2012] - "KƏRƏM HƏSƏNOV GEC-TEZ HƏBS OLUNACAQ"

[08.02.2012] - İRAN PARLAMENTİ PREZİDENTİ SÖHBƏTƏ ÇAĞIRDI

[08.02.2012] - MƏMURLAR BOTANİKA BAĞINA GÖZ DİKİB (FOTOLAR)

[08.02.2012] - TÜRKİYƏYƏ QAZIN VERİLMƏSİ BƏRPA OLUNUR

ARXIV

Yeni MÜSAVAT © 2008