|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Sözün düzü, mən nəyəsə ümid edirdim. Amma görünür, mən ətraf mühiti yaxşı başa düşmürəm. Olmadı, nə edə bilərəm?.. Ədalətsizlik oldu”. Gənc bloqçu Adnan Hacızadənin atası Hikmət Hacızadə Bakı Apellyasiya Məhkəməsinin martın 10-da çıxardığı qərara münasibətini “Media forum” saytına açıqlayarkən belə deyib. Bakı Apellyasiya Məhkəməsi 2009-cu il iyulunda paytaxtın “Livan” restoranında baş verən insidentdən sonra tutulan, qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirli bilinən, Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilən gənc bloqçular Emin Milli və Adnan Hacızadə barəsində çıxarılan hökmü qüvvədə saxlayıb. Səbayel məhkəməsi E.Millini 2 il 6 ay, A.Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. “Media forum”a açıqlamasında H.Hacızadə deyib ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəklər. Eyni zamanda gənclərin hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılacaq: “Avropa İnsan Haqları Məhkəməsinə qədər müraciət edəcəyik”. H.Hacızadə bloqçuların həbsinə etiraz edən yerli və xarici təşkilatların müraciətlərinin təsirsiz qalmasını belə izah edib: “O müraciətlərin heç bir real gücü yoxdur. Onların arxasında hər hansı sanksiya dayanmır. Sözdən ibarət olan o müraciətlərin yalnız insanların qəlbinə, vicdanına təsir etməyə iqtidarı çatır. Ona görə də təsiri yoxdur”. H.Hacızadə təsir göstərə biləcək vacib işləri xalqdan gözləmək lazım olduğunu da vurğulayıb.
1483 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ |
| Yeni MÜSAVAT © 2008 |
|