12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

OSKANYANIN BƏDBİN PROQNOZU

2010-03-11

"Qafqazdakı vəziyyət gərginləşəcək”

“Əgər Türkiyə kürdlər və ermənilərlə münasibətlərin normallaşdırılmasını davam etdirə bilməsə, Türkiyənin daxilindəki vəziyyət, onun iki xalqla münasibətləri, eləcə də Qafqazdakı vəziyyət gərginləşəcək”. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bu fikirdədir. O, “Project Syndicate”-dakı məqaləsində bildirir ki, Dağlıq Qarabağ münaqişəsi bölgədəki problemlərdən ən ciddisidir (ANSPRESS).

Vardan Oskanyan hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması Dağlıq Qarabağ münaqişəsinin həll olunub-olunmamasından asılıdır: “Bu dolaşıq üçtərəfli mübahisə ehtiyatla çözülməsə, çoxsaylı problemlər yarada bilər. Türkiyə artıq iki onillikdir Azərbaycanı dəstəklədiyini bəyan edir. Türkiyə Ermənistanla yaxınlaşma üçün İrəvanın Azərbaycanın xeyrinə güzəştə getməsini şərt kimi irəli sürüb. Bu ölkə NATO-nun üzvü kimi münaqişənin daha bir tərəfinə çevrilib. Ermənilər və azərbaycanlılar arasında istənilən hərbi alovlanma onu münaqişəyə cəlb edə bilər. Rusiyanın da Ermənistanla ikitərəfli müqavilələlər, eləcə də KTMT çərçivəsində münaqişəyə qarışması mümkündür”.

Vardan Oskanyanın fikrincə, Azərbaycandakı istənilən münaqişə enerji təhlükəsizliyi baxımından Avropaya da toxuna bilər. Münaqişədən eləcə də qonşu və regionda marağı olan İran zərər çəkə bilər. Sabiq nazir yazır ki, bölgədə hərbi bərabərlik dəyişikliyə məruz qalıb: “Silahlanmaya saysız-hesabsız vəsait xərcləyən Azərbaycan hesab edir ki, üstünlük onun tərəfindədir. Bununla yanaşı, dalana dirənən danışıqlara ümidlər azalıb”. Vardan Oskanyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ona görə yerində sayan Ermənistan-Türkiyə prosesi ilə bağlı dalana dirənib.

1894 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[12.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

[11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB?

[11.02.2012] - BRAYZA SƏFİR TƏYİNATI BARƏDƏ DANIŞIB

[11.02.2012] - MİLYARDER SAAKAŞVİLİNİN PORTRETİNİ AYAQLAYIB

[11.02.2012] - BAKIDA MÖVLUD BAYRAMI QEYD OLUNDU(FOTOLAR)

[10.02.2012] - RÖVNƏQ ABDULLAYEV YENİDƏN AFFA-ya GÖZ TİKDİ

ARXIV

Yeni MÜSAVAT © 2008