|
Son xəbər
İKİ UŞAQ ATASI İNTİHAR EDİB 2010-03-11
|
Qusar rayonunda intihar hadisəsi baş verib. ANS PRESS-ni bölgə müxbirinin məlumatına görə, martın 11-i saat 01.00 radələrində Qusarın Piral kənd sakini Vahid Əzbulla oğlu Niftəliyev intihar edib. Özünü yaşadığı evin birinci mərtəbəsinin tavanından kəndirlə asan 29 yaşlı V.Niftəliyevin meyidini gecə yarısı anası tapıb. Hadisə yerinə gələn Qusar Rayon Polisinin və prokurorluğunun əməkdaşları ilkin araşdırmalar aparıblar. Rayon Prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin ANS PRESS-ə verdiyi ilkin məlumata əsasən, intiharın əsas səbəbi mərhumun içkiyə meyilli olması olub.
Faktla bağlı Rayon Prokurorluğunda AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, iki azyaşlı uşaq atası olan V.Niftəliyev bir müddət əvvəl həyat yoldaşından boşanaraq anası ilə yaşayırmış. 747 dəfə baxılıb
|