|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Novruz bayramı münasibətilə Azərbaycan paytaxtında böyük bayram şənlikləri təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, icra hakimiyyəti İlaxır Çərşənbə bayramı da təşkil edəcək. Bayram tədbiri martın 16-da Qız Qalasının qarşılında keçiriləcək. “Atəşgah”dan faytonlarla gətiriləcək odla Qız Qalasının üzərində qurulacaq üç məşəl yandırılacaq, saat 19.00-da isə konsert proqramı başlayacaq. Konsertin sonunda isə Milli Parkda atəşfəşanlıq təşkil ediləcək. BŞİH martın 20-də də Milli Parkda atəşfəşanlıq təşkil edəcək. Novruz bayramı tədbirləri isə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Nazirliyin mətbuat katibi intiqam Hümbətov APA-ya bildirib ki, hazırda bayram proqramının hazırlanması üzərində iş gedir. Bayram tədbirləri İçərişəhərdən başlayacaq, Qoşa Qala Qapısı, Qız Qalası və Dənizkənarı Milli Parkda davam edəcək: “Hazırda böyük bayram tədbirləri proqramı hazırlanır. Novruz bayramı YUNESKO-nun irs siyahısına daxil edilib, BMT tərəfindən 21 Mart - Beynəlxalq Novruz Günü elan olunub. Ona görə də bu il bayram tədbirləri daha təntənəli və geniş şəkildə qeyd olunacaq”. İ. Hümbətov bildirib ki, hazırda keçiriləcək tədbirlərlə bağlı məşqlər gedir.
741 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|