12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

SOYAD SONLUĞUNA DAİR DAHA BİR TƏKLİF

2010-03-11

Yaxın tariximizdə «çalxalanan zaman» xalqımızın həyatında dərin iz buraxıb, fiziki və mənəvi dəyərlərimizə təcavüz olunmasına geniş şərait yaradıb. Soyadlarımızın özgələşdirilməsi həmin təcavüzün tərkib hissələrindən biridir.

Mənəvi dəyərlərimizin bərpası milli özünüdərketmə hisslərinin güclənməsinə, tarixi anlaşılmazlıqların aradan qaldırılmasına, bədxah qonşularımızın haqsız qınağından yayınmağımıza, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəmizə mənəvi cəhətdən kömək edə bilər. Bu gün xaricdə olan və ya xaricilərlə təmasda olan hər bir soydaşımızın sıxıntı keçirdiyi problemlərdən biri də soyadlarımızla bağlıdır. Mən yaxın vaxtlarda Almaniyada iki aylıq elmi ezamiyyətdə olduğum zaman orada yaşayan türklərlə, almanlarla və digər insanlarla ünsiyyətdə olarkən bunun şahidi olmuşam. Müstəqilliyimizin bərpasından 20 ilə yaxın müddət keçməsinə baxmayaraq, milli soyadlarımızın hələ də rəsmi bərpa olunmaması və burada bəzən bürokratik əngəllərin törədilməsi təəssüf və təəccüb doğurur.
 Vaxtilə ölkəmizdə soyadlarla əlaqədar ciddi müzakirələrin aparıldığı dövrlərdə bu barədə «Azərbaycan» (26 yanvar 1993-cü il) və «Azadlıq» qəzetlərində (4 may 1996-cı il) çıxış etmiş, Milli Məclisə öz təkliflərimi vermişəm. Bu gün yenidən həmin mövzuya qayıtmağı vacib hesab edirəm.
 Soyad insanın əslini, kökünü və milli mənsubiyyətini bildirən əsas göstəricilərdən biridir. Məlumdur ki, hər bir xalqın özünəməxsus soyadları var. Azərbaycan türklərinin soyadlarının zorla ruslaşdırılmasına qədər bizdə hər bir adam öz nəsil və tayfasının adı ilə çağrılırdı. Hətta ucqar kəndlərdə, rayonlarda bu ənənə indi də davam etməkdədir. Yuxarıda adları çəkilən məqalələrdə göstərdiyim kimi, xalq arasında ”“lı, -li şəkilçiləri ilə bitən nəsil, tayfa adlarından başqa ”“lar, -lər cəm şəkilçiləri ilə qurtaran adlara da geniş təsadüf edilir. Cəm şəkilçisi ilə bitən nəsil, soy, kök adlarına Azəraycanın bütün bölgələrində rast gəlmək olar. Məsələn, Qarabağda əsasən ”“lı, -li şəkilçiləri ilə bitən nəsil adları ilə yanaşı, aşağıdakı adlara da geniş təsadüf edilir: Mollalar, Nurular, Səmədlər, Qalayçılar, Pəsəndallar, Qullar, Nəşərlər və s. Bu cür adların soyad kimi istifadə olunması məqsədəuyğundur. El arasında camaat indinin özündə də bir-birini bu adlarla tanıyırlar. Həmin qədim adların rəsmiləşdirilməsi tarixi baxımdan da müəyyən əhəmiyyətə malikdir.
Məlumdur ki, cəm şəkilçisi ilə qurtaran familiyalara başqa xalqlarda da təsadüf edilir. Rusların ”“ov, -yev və farsların ”“an, -yan şəkilçiləri ilə bitən soyadları da həmin prinsipə əsaslanır (qeyd edək ki, ermənilər öz soyadlarındakı ”“an, -yan şəkilçilərini farslardan götürüblər). Məsələn, İvanov ”“ İvanlar deməkdir və İvanların nəslindən olan adama aiddir. Hətta italyanlarda və digər Avropa xalqlarında da cəm şəkilçiləri ilə bitən soyadlarına təsadüf edilir. Deməli, cəm şəkilçisi ilə qurtaran soyadlarının işlədilməsi ümumbəşəri xarakter daşıyır. Digər tərəfdən, bəzi adların sonuna ”“lı, -li şəkilçilərinin yazılması müəyyən çətinliklər törədir. Məsələn, Nuriyev, Hacıyev, Quliyev və s. soyadlar üçün ”“lı, -li şəkilçisi diləyatımlı deyil. Belə hallarda ”“lar, -lər daha münasibdir: Nurular, Hacılar, Qullar və s.
Yuxarıda əsaslandırdığımız arqumentləri (tarixi əsaslara söykəndiyini, ümumbəşəri xarakter daşıdığını, bəzi adlarda daha münasib olduğunu) nəzərə alaraq ”“lar, -lər sonluqlu belə qədim adların rəsmi olaraq özümüzə qaytarılması milli-tarixi baxımdan xeyli əhəmiyyətli olardı. Beləliklə ”“lı, -li şəkilçiləri ilə bitən soyadlarından sonra kütləvi surətdə ”“lar, -lər jəm şəkilçiləri ilə qurtaran soyadlarından istifadə edilməsi məqsədəuyğundur.
Fikrimizcə, latın qrafikalı əlifbanın bərpa olunması məsələsində olduğu kimi burada da qətiyyətli addımın atılmasının vaxtı çoxdan çatıb.


 

Valeh Baxşəli, texnika elmləri doktoru, prof.

2368 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008