|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Gürcüstanın Baş Prokurorluğu “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanovun Azərbaycana təhvil verilməsi xahişinin rədd edildiyini təsdiqləyib. Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Azərbaycanın bir sıra rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər ki, Gürcüstan tərəfi T.Əliyev və T.Xubanovun Azərbaycana təhvil verilməsindən imtina edir. Martın 11-də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru Nana Rapava “Media forum” saytına açıqlamasında deyib ki, həqiqətən Azərbaycan tərəfi T.Əliyev və T.Xubanovun təhvil verilməsi xahişi ilə Gürcüstan tərəfinə dəfələrlə müraciət edib: “Ancaq bizim ölkəmizin konstitusiyası Gürcüstan vətəndaşlarının başqa ölkəyə təhvil verilməsini qadağan edir. Ona görə də biz Azərbaycan tərəfinin xahişinə əməl edə bilməmişik”. Azərbaycanla Gürcüstan arasında qarşılıqlı hüquqi yardım haqda müqavilə varmı? Suala N.Rapava “Bəli” cavabını verib. “Bəs onda problem nədədir” sualına cavabında isə prokuror bir daha vurğulayıb ki, T.Əliyev və T.Xubanov Gürcüstan vətəndaşlarıdır, konstitusiya onların xarici ölkəyə təhvil verilməsini yasaq edir: “Buna görə də biz onların təhvil verilməsindən imtina etmişik”. T.Əliyev və T.Xubanovun hazırda Gürcüstan ərazisində olub-olmamasına gəlincə, N.Rapava deyib ki, onun bu suala cavab verməyə səlahiyyəti çatmır, belə sualı Daxili İşlər Nazirliyi cavablandıra bilər.
2443 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|