 |
Son xəbər
EYNULLA FƏTULLAYEV PREZİDENTƏ MÜRACİƏTİNDƏ DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI 2010-03-12 “MTN polkovniki Elmar Hüseynovun qətlinin təşkilatçısı olduğunu mənə etiraf edib”
|
8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinə və Azərbaycan prezidenti İlham Əliyevə geniş məktub göndərib. Məktubun bir nüsxəsini Fətullayevin yaxınları “Turan” agentliyinə təqdim ediblər. Məktubun girişində deyilir ki, bu, onun müraciətinə əlavə və "həbsinin əsl səbəblərinin izahıdır». Məktubda sensasiyaya səbəb olacaq məlumatlar yer alıb. Bu məlumatlara əsasən, Milli Təhlükəsizlik Nazirliyi sadəcə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlində iştirak etməyib, həm də uzun müddət ən yüksək səviyyədə bu ağır cinayəti hazırlayıb. Qurumun polkovniki, Antiterror Mərkəzinin rəis müavini Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olurdu. Fətullayev yazır ki, bu polkovnik uzun müddət qətl icraçılarını axtarırdı. Hələ 2004-cü ilin sonlarında o, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "kriminal avtoritet"ə müraciət etmişdi (ad çəkilmir). Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunmuşdu, lakin “avtoritet” bundan imtina edib. Onda MTN əməkdaşı bu qətli həmyerlisi olan Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırdı. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu bu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirdi. Bütün bu məlumatları Fətullayevə "kriminal avtoritet" verib. Fətullayev 2007-ci ilin fevralında vəkili ilə birlikdə cəzaçəkmə müəssisəsində bu şəxsə baş çəkib. Buna qədər avtoritet Fətullayevə zəng edərək, xüsusi xidmətlərin təxribatları haqqında ona məlumat verib. Fətullayev cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün rüşvət verib və saxta sənədlərdən istifadə edib. Lakin jurnalistin cəzaçəkmə müəssisəsinə getməsi və sözügedən şəxslə görüşməsi barədə MTN xəbər tutub və Fətullayev bu barədə xüsusi xidmətlərə onun "kriminal avtoritet"in verdiyi məlumatları açıqladığı redaktorlardan biri xəbər verib. Fətullayev hesab edir ki, aldığı informasiyanı "Realnıy Azerbaydjan" qəzetində dərc etmək planları həbsinin və məhkəmə təqibinin əsl səbəbi olub. Öz məktubunda o, iddia edir ki, MTN rəhbərliyi bir neçə dəfə onu hədələyib və Elmar Hüseynovun qətli və hüquq-mühafizə orqanlarının bunda əli olması barədə yazmamağı tələb edərək, bunun nəticələri barədə xəbərdarlıq edib. Lakin o, bu tələblərə məhəl qoymayıb və 2007-ci ildə saxta terrorla hədələmə ittihamı ilə həbs edilib. 2007-ci ilin iyununda MTN-in istintaq təcridxanasında Çovdarov ona baş çəkib və söhbət zamanı hakimiyyətin ünvanına tənqidi yazılarına görə Elmar Hüseynovun qətlinin təşkilində iştirak etdiyini qeyd edib. Fətullayev yuxarıda deyilənləri təsdiq edəcək heç bir dəlil göstərmir. Öz növbəsində, MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Fətullayevin iddialarını "Turan"a şərh edərkən onları "uydurma və cəfəngiyyat" adlandırıb. Babayevin sözlərinə görə, Fətullayev heç bir fakta əsaslanmır və bu şəkildə Elmar Hüseynovun qətlində istənilən şəxsi ittiham etmək olar. İstintaq jurnalistin qətlinin açılması üzrə zəruri tədbirləri görür. Fətullayevin əsassız bəyanatları istintaqın düz yolda olduğunu sübut edir, Babayev belə hesab edir. Turan 7953 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB ARXIV
|