|
Son xəbər
BAKI-TÜMEN QATARI DAĞISTANDA DAYANDIRILIB 2010-03-12
|
Mahaçqala ətrafında dəmir yolunun partladılması nəticəsində 2 sərnişin qatarı dayandırılıb. APA-nın məlumatına görə, Rusiya Dəmir Yollarının (RDY) yaydığı press-relizdə bu barədə bildirilir. «Hadisə nəticəsində 373 saylı Bakı-Tümen və 374 saylı Tümen-Bakı qatarları dayandırılıb. Bütün sərnişinlər su və isti qidayla təmin olunacaqlar»,- deyə press-relizdə qeyd olunur.
Partlayıcı qurğu martın 11-i axşam yük qatarının yolu üzərində işə düşüb. Tələfat yoxdur. Partlayış nəticəsində lokomotivlə birgə 14 vaqon relsdən çıxıb. Hadisə yolun Mahaçqala-Port-Tarku hissəsində baş verib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
RDY-nin məlumatına görə, dəmir yolunun sıradan çıxmış hissəsinin bərpasına hüquq-mühafizə orqanlarının müvafiq icazəsindən sonra başlanılacaq. 760 dəfə baxılıb
|