13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

“YENİ MÜSAVAT”LA GÖMRÜK KOMİTƏSİNİN MƏHKƏMƏSİ YEKUNLAŞIR

2010-03-12

Hakim qərar qəbul etmək üçün müşavirəyə getdi

Bu gün Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun Dövlət Gömrük Komitəsinə (DGK) qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə olan əməkdaşımızın verdiyi məlumata görə, R.Arifoğlunun məhkəmədə çıxış edən nümayəndəsi Vaqif Hüseyn prosesdə bildirib ki, qanunlara görə, DGK “Yeni Müsavat” qəzetinin onlara ünvanladığı sorğuda istənilən suallara cavab verməli idi. Fikirlərinin qanunların müxtəlif maddələri ilə izah edən V.Hüseyn iddianın əsaslı olduğunu bir daha hakimə söyləyib.

DGK-nin nümayəndəsi Sənan Muxtarov isə qeyd edib ki, sorğuda istənilən məlumatlar kommersiya sirridir və bu haqda ancaq lazımı qurumlara məlumat verilə bilər. Bundan sonra tərəflər arasında gərgin fikir mübadiləsi aparılıb. V. Hüseyn S.Muxtarovun dedikləri ilə razılaşmayaraq istənilən məlumatların kommersiya sirri olmadığını və həmin məlumatların DGK tərəfindən verilməsi haqda konkret qanunları göstərib. S.Muxtarov isə DGK-də kommersiya sirri istisna olmaqla bütün məlumatların kollegiya iclaslarında deyildiyini və “Gömrük xəbərləri” qəzetində çap olunduğunu qeyd edib.
Gərgin müzakirələrdən sonra hakim qərar qəbul etmək üçün müşavirəyə gedib və növbəti prosesi martın 16-na saat 16:00 təyin edib.
Xatırladaq ki,  “Yeni Müsavat” qəzeti 2004-2008-ci illərdə hər ilin ayrıca olmaqla Azərbaycan Respublikasına malların idxalına görə, gömrük daxilolmaların (ƏDV, aksizlər, gömrük rüsumları), bölmələr, mal qrupları və ən mühüm malların ( o cümlədən minik avtomobillər) üzrə göstəriciləri, həmçinin gömrük daxilolmalarından azad edilmiş idxal malların ümumi həcmi və mal tərkibi barədə informasiya verilməsi haqda DGK-nə informasiya sorğusu göndərib. Lakin DGK rəsmi məlumat verməkdən imtina edib. Bu səbəbdən də iş məhkəməyə gəlib çıxıb.
Qeyd edək ki, ötən proseslərin birində V.Hüseyn DGK-nin  “Yeni Müsavat”ın sorğusuna operativ və aktual cavab vermədiyi və oxucular həmin məlumatlarla tanış ola bilmədikləri üçün 10 min manat maddi təzminat ödəməsini tələb edib, sorğuda qəzetin istədiyi məlumatlara cavab verilmədiyi üçün dövlət gömrük komitəsinin sədri Aydın Əliyevin inzibatı qaydada məsuliyyətə cəlb edilməsi haqda da vəsatətdə verərək iddiaya qəbul edilməsini xahiş etmişdi.

S.Kazımlı

1385 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

ARXIV

Yeni MÜSAVAT © 2008