|
Son xəbər
ATA VƏ QIZI DƏM QAZINDAN BOĞULARAQ ÖLÜB 2010-03-12
|
Sumqayıt şəhərində 2 nəfər dəm qazından boğulub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə ötən gecə şəhərin 3-cü mikrorayonu ərazisində, ev 11/8, mənzil 37-də qeydə alınıb. Həmin ünvanda yaşayan 61 yaşlı Ağaəli Rəcəb oğlu Abdullayev və onun ögey qızı, Rusiya vətəndaşı, 29 yaşlı Rigina İslam qızı Mahmudova dəm qazıdan boğularaq ölüblər.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
941 dəfə baxılıb
|