|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Həm Ermənistan, həm də Türkiyə ikitərəfli münasibətlərin normallaşması prosesindən qazanclı çıxacaqlar. Ankara ümid edir ki, bu, “qonşularla sıfır problem” proqramını reallaşdırmaq istiqamətində atılmış addım olacaq, erməni soyqırımı məsələsinin birgə komissiyada müzakirəsi isə bu faktın beynəlxalq miqyasda tanınmasını ləngidəcək. Ermənistanın isə sərhədləri açılmış olacaq və qonşu ölkə ilə diplomatik münasibətləri bərpa edəcək”. APA-nın “News.am”a istinadən yaydığı məlumata görə, bu fikirləri NATO-nun İrəvanda keçirilən 73-cü “Rouz Rot” seminarında çıxışı zamanı Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer söyləyib. O bildirib ki, Türkiyə ilə münasibətləri normallaşdırmağa müvəffəq olacaq Ermənistan bununla həm də erməni diasporuna onlardan asılı olmayan müstəqil siyasət yürüdə bildiyini isbatlamış olacaq. “Amma iki ölkə arasında münasibətlərin normallaşmasını ləngidən maneə bu tərəflərdən biri deyil, Azərbaycandır. Azərbaycanda hesab edirlər ki, Türkiyə Ermənistanla sərhədləri məhz Dağlıq Qarabağ münaqişəsinə görə bağlayıb və əmindirlər ki, erməni tərəfi nəzarətində saxladığı torpaqlardan öz qoşunlarını çıxarmayınca sərhədlər açılmamalıdır. Türkiyə də Ermənistanla sərhədlərin açılması müddətini uzatmağa çalışır, lakin bunun real səbəbi tamamilə başqadır”. Sabina Freyzer mövcud durumun Konstitusiya Məhkəməsinin qərarı ilə mürəkkəbləşdiyini vurğulayıb: “Baxmayaraq ki, mən Ermənistan Konstitusiya Məhkəməsi qərarının protokolların ratifikasiyasına əngəl törətdiyini düşünmürəm. Ankara protokolları ratifikasiya etməyə hazırdır, lakin bunun üçün Dağlıq Qarabağ münaqişəsində müəyyən irəliləyiş olmalıdır. Söhbət Ermənistan qoşunlarının öz nəzarətində saxladığı torpaqlardan çıxmasından, yaxud hansısa çərçivə sazişinin imzalanmasından getmir. Söhbət yalnız kiçik bir irəliləyişdən gedir. Ankarada olanda prezident Güllə görüşdüm. O dedi ki, əgər protokolları Sürixdə imzalanan formada ratifikasiya etməyə hazırdır”.
2177 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|