|
Son xəbər
TƏLƏBƏ QIZ İNTİHAR EDİB 2010-03-13
|
Bakıda tələbə intihar edib. Bu barədə APA-ya Qaradağ rayon Prokurorluğundan məlumat verilib. Hadisə bu gün səhər saat 05:00 radələrində rayonun Müşfiq qəsəbəsində baş verib. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Buğdalıyeva Gülər Nadir qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
G. Buğdalıyevanın Tibb Texnikumunun 4-cü kurs tələbəsi olduğu bildirilir.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 875 dəfə baxılıb
|