|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Finlandiyanın Lapland əyalətində olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isveçli həmkarı Karl Bildtdə görüşüb. Görüşdə İsveç parlamentinin Komitəsində “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərar müzakirə edilib. Əhməd Davudoğlu görüşdən sonrakı açıqlamasında İsveç parlamentinin qərarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, tariji məsələlər parlamentlər tərəfindən dəyərləndirilməməlidir. Türkiyəli nazir bildirib ki, millət vəkillərinin əksəriyyəti tarixi hadisələrlə bağlı kifayət qədər məlumatlı deyillər, nə keçmişdəki, nə də Türkiyədəki mövcud durumu yaxşı bilmirlər: “Hesab edirik ki, bu qərar böyük səhvdir, qəbul etməyimiz mümkün deyil. Əgər parlamentlər belə qərarlar qəbul etməyə başlasalar, siyasi olduğu qədər də intellektual bir xaos yaranar. Tarixin bu şəkildə siyasiləşdirilməsi cəmiyyətlər üçün böyük problemlərə səbəb ola bilər” (ANSPRESS). Əhməd Davudoğlu onu da bildirib ki, Türkiyə-İsveç münasibətləri yüksək səviyyədə olub, iki ölkə arasında strateji müttəfiqlik yaranıb. Onun sözlərinə görə, gələn həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsveçə səfər etməsi və əlaqələrin daha inkişaf etdirilməsi planlaşdırılırdı. “Əlaqələri o səviyyəyə çatdıracaqdıq ki, tək Avropada yox, bütün dünyada bir örnək olacaqdı” deyən nazir məlumat verib ki, parlamentdə qəbul olunan qərardan sonra Rəcəb Tayyib Ərdoğanın səfəri ləğv edilib. Jurnalistlərdən birinin Avropada “erməni soyqırımı” ilə bağlı bu cür qərarlarının qəbulu davam etsə, Türkiyənin hansı addımları atacağı ilə bağlı sualına Əhməd Davudoğlu belə cavab verib: “Təbii ki, əvvəllər olduğu kimi bundan sonra da Türkiyənin reaksiyası çox sərt olacaq. Biz öz tariximizi başqalarının dəyərləndirməsinə icazə vermərik. Bəziləri üçün 1915-ci il erməni məsələsi kimi görünə bilər. Amma bizim üçün 1915-ci il bir ulusun ölkəsini çox böyük ordulara qarşı müdafiə etdiyi Çanaqqala savaşı deməkdir”. Əhməd Davudoğlu bildirib ki, rəsmi Ankara tarixi mövzularla bağlı mübahisə etmək niyyətində deyil. Onun fikrincə, belə mübahisələr əvəzinə bütün avropalıların və Qafqaz xalqlarının parolaq gələcəyi üçün birlikdə çalışmaq lazımdır: “Əgər belə şeylər təkrarlansa, Türk xalqı bu cür təhqirləri əsla qəbul etməyəcək. Bu cür qərarlar qəbuledilməzdir və tədbir görmək məcburiyyətində qalarıq”.
1975 dəfə baxılıb
|
[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB |
| Yeni MÜSAVAT © 2008 |
|