|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakı şəhərinin sərnişindaşıma avtobuslarının sürücülərinə məcbu qaydada uniforma, yəni vahid geyim satılır. Marşrut avtobus sürücülərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu vahid sürücü geyimi onlara nə az, nə çox, düz 160 manata satılır. Sürücülər deyir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət ediblər. Amma Nazirliyin Nəqliyyat Departamentindən onlara bildiriblər ki, bu məbləğ nazirlik tərəfindən təyin edilib və məcburi də olsa hər kəs bu uniformaları almalıdır. Əks təqdirdə, nəzərdə tutulan uniformada olmayan sürücü və onun idarə etdiyi marşrut avtobus hərəkət etdiyi marşrut xəttinə buraxılmayacaq. Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov isə sürücülərin dedikləri ilə razılaşmır. Nazirlik rəsmisi ANS PRESS-ə bildirib ki, ümumiyyətlə Nəqliyyat Nazirliyi Bakı şəhərində vahid sürücü geyiminin tətbiq olunmasının tərəfdarıdır və bununla bağılı uzun müddətdir ki ciddi iş aparır. Onun sözlərinə görə, bura təkcə vahid sürücü geyimi aid deyil: “Biz çalışırıq ki, şəhərdaxili nəqliyyatın qrafiklə tənzimlənməsi, hətta avtobus salonlarının təmiz saxlanılmasınadək bu işi həyata keçirək. Bu səbəbdən də nəqliyyatda vahid uniformanın tətbiqini dəstəkləyirik”. N.Həsənov deyir ki, Nəqliyyat Nazirliyi uniformaya hər hansısa qiymət tətbiq etməyib: “Heç nəqliyyatda gediş haqqının təyin edilməsini də biz həyata keçirmirik. Bunu Tarif Şurası təyin edir. Mənim bu uniformaların qiymətinin neçəyə olub-olmamasından xəbərim yoxdur. Amma inanmıram ki, bu geyimlərin bu cür baha qiymətə olsun”. Nazirlik rəsmisi deyir ki, ola bilsin, bu qiyməti özəl sərnişindaşıma şirkətləri özləri təyin ediblər və bu səbəbdən də uniformaları öz sürücülərinə bu qiymətə satırlar və nazirliyə də bu qiymətlə bağlı heç bir sürücü tərəfindən rəsmi müraciət daxil olmayıb.
1448 dəfə baxılıb
|
[12.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [12.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB [11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB? [11.02.2012] - BRAYZA SƏFİR TƏYİNATI BARƏDƏ DANIŞIB [11.02.2012] - MİLYARDER SAAKAŞVİLİNİN PORTRETİNİ AYAQLAYIB [11.02.2012] - BAKIDA MÖVLUD BAYRAMI QEYD OLUNDU(FOTOLAR) |
| Yeni MÜSAVAT © 2008 |
|