|
Son xəbər
53 YAŞLI KİŞİ ÖZÜNÜ ASIB 2010-03-13
|
Astara sakini Bakıda intihar edib. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Hadisə ötən gecə Əmircan qəsəbəsi, 3-cü mədən küçəsi, ev 3, mənzil 1 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, Astara rayon sakini, 1957-ci il təvəllüdlü Əmənulla Abbas oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 662 dəfə baxılıb
|