|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan paytaxtında keçmiş həyat yoldaşının şikayəti əsasında saxlanılmış vətəndaş İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın müdaxiləsindən sonra azadlığa buraxılıb. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, 12 mart 2010-cu il tarixdə saat 13.00 radələrində Ombudsman Aparatının qaynar xəttinə zənglə müraciət edilərək, saxlanılan şəxs X.Ə.-nin Sabunçu rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində dindirilmə zamanı müstəntiq tərəfindən təzyiqlərə məruz qaldığı bildirilib. Ombudsmanın tapşırığına əsəsən, aparatın əməkdaşları həmin məlumatla bağlı 12 mart 2010-cu il saat 14.00-da Sabunçu RPİ-nin İstintaq şöbəsində olublar. Müvəkkilin nümayəndələri Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmuş və bu zaman müstəntiqin otağında dindirilən şəxslə, onun cinayət işi üzrə müdafiəçisi və müstəntiqlə görüşüb müraciətlə bağlı müvafiq araşdırma aparıblar. Müəyyən edilib ki, ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə əlaqədar sabiq həyat yoldaşı tərəfindən verilmiş şikayət ərizəsi əsasında X.Ə. barəsində cinayət işi başlanılıb, haqqında axtarış elan olunub və o, 12 mart 2010-cu il tarixdə saat 08.00-da tutularaq, Sabunçu RPİ İstintaq şöbəsinə təhvil verilib. Təkbətək söhbət zamanı X.Ə. tutularkən və dindirilmə prosesində ona qarşı hər hansı bir qeyri-qanuni rəftara, işgəncəyə yol verilmədiyini söyləyib və ona mövcud cinayət-prosessual qanunvericiliyinin qaydaları izah olunub. Müvəkkilin müdaxiləsindən sonra X.Ə. sərbəst buraxılıb və onun müdafiəçisi ombudsmana minnətdarlığını bildirib.
1253 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|