13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

CƏLAL ƏLİYEVİN APELYASİYA ŞİKAYƏTİ BAXIŞA TƏYİN EDİLDİ

2010-03-15

Bu gün Bakı Apelyasiya Məhkəməsində akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxana və yazı müəllifi Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinə baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən ilkin məhkəmə baxışı zamanı Q.Bakılının prosesə gəlməməsi qısa müzakirəyə səbəb olub. Sonra prosesin Q.Bakılı olmadan keçirilməsi qərara alınıb. C.Əliyevin vəkili Məzahir Sadıqov isə Q.Bakılının növbəti proseslərə gətirilməsini məhkəmədən xahiş edib.

A.Ayxanın vəkili Elçin Sadıqov isə apelyasiya şikayətinə hazırladığı şikayəti məhkəməyə təqdim edib. Vəkil həmçinin məhkəmənin açıq keçirilməsi və fotoçəkilişə icazə verilməsi üçün vəsatət qaldırıb. O, məhkəmənin əlavə araşdırma aparmamasını da istəyib. Bundan sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə apelyasiya şikayətinin baxışa təyin edilməsini qərara alıb. Həmçinin, Elçin Sadıqovun məhkəmənin açıq keçirilməsi və çəkiliş aparmaqla bağlı qaldırdığı vəsatət təmin edilməyib. Məhkəmə həmçinin qərara alıb ki, işlə bağlı əlavə araşdırma aparılmasın. E.Sadlıqovun məhkəməyə təqdim etdiyi şikayətin də araşdırılması qərara alınıb. Proses martın 30-u saat 16.30-a təyin edilib.

Qeyd edək ki, Cəlal Əliyev A.Ayxanı və Q.Bakılını xüsusi ittiham qaydasında məhkəməyə verib və onların Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmalarını istəyir. Akademik Bakının Nizami Rayon Məhkəməsinin qərarından narazı qalaraq fevralın 20-də Apelyasiya Məhkəməsinə müraciət edib. O, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə Nizami Rayon Məhkəməsinin qərarını hüquqi baxımdan əsassız hesab edir. C.Əliyev “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqaləyə görə qəzetin baş redaktorunun birinci müavini Azər Ayxanı və yazı müəllifi Qoşqar Bakılını xüsusi ittiham qaydasında məhkəməyə verib. Bakının Nizami Rayon Məhkəməsində hakim Ziya Əliyev fevralın 10-da Cəlal Əliyevin iddiasını icraata götürməmək barədə qərar çıxarmışdı. Qeyd edək ki, Cəlal Əliyev dövlət başçısı İlham Əliyevin əmisidir.

Röya Rəfiyeva

1054 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

ARXIV

Yeni MÜSAVAT © 2008