13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

TÜRKİYƏNİN ORDU KOMANDANINDAN HÖKUMƏTƏ MESAJ

2010-03-16

İlkər Başbuğ “Ergenekon” işində suçlanan generalı dəstəklədiyini açıqladı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ bəyan edib ki, silahlı qüvvələr “Ergenekon” işində suçlanan və barəsində ağır ittihamlar irəli sürülən 3-cü ordu komandanı general Saldıray Bərkin arxasındadır. Xəbər verildiyi kimi, ordu generalı Saldıray Bərkə qarşı “Ergenekon”çu kimi rəsmi ittiham irəli sürülüb və ifadə vermək üçün istintaqa çağırılıb. Lakin Bərk bu çağırışlara əməl etməyib.

Ona qarşı irəli sürülən ittihamlar gizli şahidin ifadələrinə əsaslanır. 3-cü ordu Türkiyənin cənub-şərqində PKK-ya qarşı əməliyyatlara məsuliyyət daşıyır. Bu günlərdə general Bərkin komandanlığı altında qış təlimləri də keçirilib. Başbuğ deyib ki, general Bərkə qarşı irəli sürülən ittihamlar kifayət qədər ağırdır və tamamilə yeni situasiya yaradır. “Biz onun barəsində irəli sürülən ittihamların hansı ciddi dəlillərə söykəndiyi haqda məlumat istəmişik. Hələlik Baş Qərargaha belə məlumat verilməyib” deyə, Başbuğ bildirib. O deyib ki, generalla şəxsən danışıb və Saldıray Bərk irəli sürülən ittihamların heç birini qəbul etməyib.
“Hürriyet” və “Milliyet” qəzetlərinin əməkdaşlarını Baş Qərargahda qəbul edib onlara geniş müsahibə verən Başbuğ bildirib ki, silahlı qüvvələrə qarşı son vaxtlar edilən hücumlar arasında ən ciddisi “Balyoz” əməliyyatı olub. “Balyoz” əməliyyatında aralarında 5 ordu generalı da olmaqla, çoxlu sayda general və digər yüksək rütbəli zabitlər hökuməti devirmək planı hazırlamaqda ittiham olunaraq həbs edilmişdi. Başbuğ “Balyoz” əməliyyatı ilə bağlı ortaya çıxan ciddi durumun davam etdiyini, ordunun ona qarşı yönələn hücumların hansı çevrələr tərəfindən planlaşdırıldığının fərqində olduğunu da bildirib.

Siyasət şöbəsi

2801 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008