|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Birləşmiş Ştatlar Konqresinin Helsinki Komissiyası Bakı Apellyasiya Məhkəməsinin bloqçular Emin Milli və Adnan Hacızadə barədə hökmü qüvvədə saxlamasını pisləyib. “Turan”ın məlumatına görə, komissiya üzvü, senator Bencamin Kardin ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair hesabatına istinad edərək xatırladıb ki, bloqçular ötən ilin iyulunda Bakı restoranlarından birində hakimiyyətin təşkil etdiyi kobud təxribat nəticəsində tutulublar: “Bloqçuların zərər çəkməsinə və polisə müraciət etməsinə baxmayaraq onlar həbs edildilər, basqınçılar isə cəzasız qaldılar”. “Turan” xəbər verir ki, Helsinki Komissiyasının həmsədri, konqresmen Elsi Hastinqs gənclərin apellyasiya şikayətinin rədd olunmasını belə dəyərləndirib: “Bu hadisə Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını göstərir. Məhkəmə müdafiə tərəfin təqdim etdiyi dəlillərə və şahidlərə əhəmiyyət verməyib”. “2009-cu il dekabrın 11-də Helsinki Komissiyası Azərbaycan prezidentinə məktub göndərib gənc bloqçuların apellyasiya şikayətinə ədalətli baxılmasına çağırıb. Lakin Azərbaycan hökuməti hələ də məktuba cavab verməyib. Azərbaycan rəhbərliyinin ATƏT-in ölkədə mətbuat azadlığı olmaması ilə bağlı tənqidini diqqətə almaması narahatlıq doğurur”. Helsinki Komissiyasının üzvü Robert Adernot belə deyib. O əlavə edib ki, gənc fəalların həbsi və mühakimə olunması Azərbaycan hakimiyyətinin bu ilin sonunda keçiriləcək parlament seçkisinə qədər siyasi cəhətdən fərqli düşünənləri susdurmaqda qətiyyətli olduğuna dəlalət edir”.
1120 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|