13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

“TÜRKİYƏ KİPRDƏN VAZ KEÇƏ BİLMƏZ”

2010-03-16

Ingiltərəli deputat bildirib ki, AB-yə üzvlük üçün bu ölkə qarşısında elə bir şərt qoyulmamalıdır

İngiltərədə fəaliyyət göstərən Liberal Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü, millət vəkili Edvard Devi bildirib ki, Türkiyədən AB üzvü olması üçün Şimali Kiprdən vaz keçməsi istənilməməlidir: "Türkiyə siyasətçisi olsam, mən də “AB üçün Kiprdən vaz keçmərik” mövqeyi sərgilərdim”.

Devi  mediaya açıqlamasında Türkiyənin AB üzvlüyü və buna görə onun qarşısında qoyulan şərtlərdən bəhs edib. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələtlə Kipr Respublikasının dövlət başçısı Dimitris Xristofyasın adadakı durumun normallaşmasına dair göstərdikləri çabaların “təqdirəlayiq” olduğunu bildirən Devi bildirib ki, İngiltərə və beynəlxalq birlik hər iki lideri dəstəkləməlidir.

Bəzi şərhçilərin ŞKTR prezidentliyinə seçkilərin keçirilməsinin danışıqlara mənfi təsir göstərəcəyi barədə dediklərinə reaksiya verən Devi deyib ki, son aylarda müşahidə olunan irəliləmə və əldə olunan nailiyyətlərin geriyə doğru addım atılmasının qarşısını alacağını gözləməliyik: “Belə olsa qalıcı sülhə nail olmaq mümkün olacaq”.

Türkiyənin Kiprdəki qoşunları çəkməli olduğu barədə ingiltərəli siyasilərdən gələn mesajlara toxunan deputat qeyd edib ki, Türkiyə əsgərlərinin Kiprdən çıxarılması adada anlaşma əldə edildikdən, etimad və sülh yarandıqdan sonra başlayacaq prosesin diqqətli şəkildə hazırlanan bir hissəsi ola bilər. Hələlik müzakirələr birtərəfli istəklərin uyğun olmadığı bir mərhələdədir”.

Açıqlamasının sonunda ingiltərəli deputat Türkiyənin AB üzvü olacağına inandığını bildirib: “Avropa Birliyi qitədəki faşist diktaturalarını süqutuna, keçmiş kommunist ölkələrin yenidən Avropa ilə bütünləşməsinə, Yuqoslaviyada yüz illərlə sürən etnik gərginliklərin sona çatmasına yardımçı oldu və Türkiyəni AB-yə qəbul etmək sonrakı ən böyük uğurumuz olacaq”.

musavat.com

1150 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008