|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan təhsil naziri ali məktəb tələbələrinin xaricə qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Trend News-un məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı sualına cavabında bildirib ki, ADNA-nın 5 tələbəsinin 10 gündür dərslərə davam etmədiyi barədə ona məlumat verilib. "Mən bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışmışam. Məlumat belədir ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi davam etməyən tələbələr var", - deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, ali məktəblərin daxili nizam-intizam qaydalarına görə, uzun müddət üzrsüz dərs buraxan tələbə ali məktəbdən xaric edilir. ADNA rəhbərliyi tələbələrdən 3-nü artıq ali məktəbdən xaric edib, 2-si ilə bağlı araşdırma aparılır. Mərdanov bununla bağlı ciddi ajiotaj yaratmağa ehtiyac olmadığını vurğulayıb. O qeyd edib ki, "Ola bilər ki, bir tələbə on günlük bir yana getsin. Əgər tələbənin dərslərə gəlmədiyi müddət onun ali məktəbdən çıxarılmasına gətirib çıxaracaqsa, biz onu xaric edəcəyik. Hazırda bütün bunlar araşdırılır. Bu günə olan məlumat bu qədərdir". Xatırladaq ki, "Yeni Müsavat" qəzetində Bakı Dövlət Universitetinin 5, Azərbaycan Dövlət Neft Akademiyasının isə 3 tələbəsinin xaricə qaçırılmaları barədə məlumat dərc olunub. Həmin tələbələrin vəhabi təriqətinin üzvü olduqları, onların ərəb ölkələrindən birinə aparıldıqları bildirilir.
1519 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB |
| Yeni MÜSAVAT © 2008 |
|