12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

ATƏT-n MAŞINLARI BATAQLIĞA DÜŞDÜ

2010-03-17

Beynəlxalq missiyanın cəbhədəki monitorinqi baş tutmadı

ATƏT-in dünən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi baş tutmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 16-da Azərbaycan Respublikası Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq planlaşdırılıb.
Monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb.
Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildiriblər. Təkiddən sonra monitorinqə icazə verilib.
Dünən isə ATƏT nümayəndələrini aparan nəqliyyat vasitələri göstərilən ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jaslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çontulov və Antal Herdiç keçirməli idilər.

Xəbər xidməti

1746 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008