|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanla Türkiyə arasında təbii qazın qiymətlərinə və tranzit tariflərinə dair razılığın əldə edilməməsi Bakını alternativ variantlar tapmağa sövq edib. İran və Rusiya ilə əldə edilən qaz sövdələşmələrinin ardınca Bakı qərara alıb ki, Avropaya qazın sıxılmış halda Gürcüstan limanlarından gəmilərlə nəql olunması istiqamətində işlərə başlasın. ARDNŞ-dən verilən məlumata görə, əgər bütün razılaşmalar əldə olunarsa, Gürcüstanın Poti limanında sıxılmış qaz zavodu tikiləcək, oradan isə yanacaq xüsusi tankerlərlə Bolqarıstan və Rumıniya limanlarına çatdırılacaq. “Nezavisimaya qazeta”nın ARDNŞ-dəki mənbələrə istinadən yaydığı xəbərə görə, artıq bu layihə ilə bağlı Bolqarıstanla işçi qrupu formalaşdırılıb. Bu qrupda “Şahdəniz” yatağında hasilat işləri aparan şirkətlərin ekspertləri də yer alır. Sofiya qaz almaq üçün Bakı ilə neçə vaxtdır danışıqlar aparır, ancaq Türkiyə ilə razılığın əldə edilməməsi qazın hansı yolla çatdırılması məsələsini açıq buraxıb. Bolqarıstan ilkin mərhələdə Azərbaycandan ildə 1 milyard kubmetr qaz almaq istəyir, əvvəlcə qazın “Nabucco” xətti ilə Türkiyə üzərindən nəqli nəzərdə tutulurdu, ancaq bu layihə üzrə irəliləyişlərin əldə olunmaması Bakını alternativ marşrut axtarmağa məcbur edib. Bildirilir ki, qazın sıxılmış formada gəmilərlə nəqli mürəkkəb ideyadır və irihəcmli investisiya tələb edir, ancaq tərəflər bu ideya üzərində intensiv işləyirlər. Siyasət şöbəsi 3285 dəfə baxılıb
|
[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB |
| Yeni MÜSAVAT © 2008 |
|