|
Son xəbər
METRODA İNTİHAR HADİSƏSİ BAŞ VERİB 2010-03-16
|
Bakı Metropolitenində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün axşam saat 10.30 radələrində Bakı Metropoliteninin Məşədi Əzizbəyov metro stansiyasında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan, orta yaşlı kişi özünü qatarın altına ataraq intihar edib.
Hazırda hadisə yerində Nizami rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır. 951 dəfə baxılıb
|