|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün “Yeni Müsavat” qəzetinin 4444-cü sayı işıq üzü gördü. Dünən qəzet kollektivi bu əlamətdar günü qeyd etmək üçün redaksiyada nahar süfrəsi arxasında tədbir keçirdi. “Yeni Müsavat”ın təsisçisi və baş redaktoru Rauf Arifoğlu dedi ki, belə əlamətdar tarixlərdə bir anlıq dayanıb bu cür rəqəmin arxasında duran informasiyanı, zamanı hesablamalı olursan: “4444 dəfə qəzet çıxarmaq 12 il, üstəgəl ay yarım dayanmadan işləmək deməkdir. Azərbaycanda çox az sayda qəzet belə göstəriciyə sahibdir. Bu illər ərzində ”Yeni Müsavat"a çox adamlar gəlib-gedib. Nə xoşbəxt onlara ki, həmişə meydanda və öndə olan qəzetdə çalışıblar. 5555-ci sayımızda da qəzetimizin ölkənin, regionun birinci qəzeti olmasını arzu edirəm".
“Yeni Müsavat”ın redaktoru Zabil Müqabiloğlu dedi ki, jurnalistika qazanc yerindən çox şərəf yeridir: “Bizim jurnalistika ilə məşğul olduğumuz illərdə Azərbaycanda çox hadisələr baş verib. İllər keçəcək, bizim yazdıqlarımızdan arxiv, araşdırma kimi istifadə edəcəklər. 4444 dəfə ”Yeni Müsavat" kimi qəzet çıxarmaq, bu qədər sayda haqsızlığın, zülmün üstünə getmək hər dəfə də minlərlə oxucunun ürəyindən tikan çıxarmaqdır. Azərbaycan şərtləri altında bu, o qədər də asan iş deyil. Arzu edirəm ki, qəzetimiz həmişə köşklərdə, əllərdə olsun".
Qəzetimizin parlament müxbiri Elşad Paşasoy Azərbaycanda jurnalistika ilə məşğul olmağı qəhrəmanlıq adlandırdı: “1000-ci nömrəni elə bil dünən qeyd etmişik. Həmin günlərin ağırlığı, hər gün ölüm təhdidi ilə üz-üzə qalmağımız yaddan çıxmayıb. ”Yeni Müsavat"da bir gün belə çalışmaq jurnalistikaya, ölkəyə xidmət deməkdir".
4445-ə və gələcəyə salamlarla... Nailə RÖVŞƏNQIZI 1897 dəfə baxılıb
|
[24.05.2012] - İSLAM PARTİYASI SƏDRİNİN ADINDAN QORXULU BƏYANAT YAYILDI [24.05.2012] - “AMNESTY İNTERNATİONAL” “AVROVİZİYA” TƏŞKİLATÇILARINI QINADI [23.05.2012] - İSVEÇ TƏMSİLÇİSİ AZƏRBAYCANDA İNSAN HAQLARININ POZULMASI BARƏDƏ DANIŞDI (VİDEO) [23.05.2012] - "EUROVİSİON-2013"ün KEÇİRİLƏCƏYİ TARİX AÇIQLANDI [23.05.2012] - FUTBOLÇULARIMIZ GÜNDOĞAR ÖLKƏDƏ DƏ BATDILAR [23.05.2012] - "İRANDAN TƏHDİD GƏLİRSƏ..." [23.05.2012] - QARABAĞ QAZİLƏRİ ACLIQ AKSİYASINA QOŞULDU [23.05.2012] - GƏDƏBƏYDƏ ŞƏXSİ MÜLK YERLƏ YEKSAN EDİLİB [23.05.2012] - "İRAN AZƏRBAYCANI ZƏİF HALQA HESAB EDİR" [23.05.2012] - “LORİNLƏ XÜSUSİ BİR SÖHBƏTİMIZ OLMAYIB” [23.05.2012] - İLQAR İBRAHİMOĞLU "THE EKONOMİST" JURNALINA MÜSAHİBƏ VERİB [23.05.2012] - ABDULLA GÜL NATO-nun BAŞ KATİBİ OLA BİLƏR [23.05.2012] - İSA QƏMBƏR PREZİDENTDƏN VİCDAN MƏHBUSLARINA “EUROVİSİON” BİLETİ İSTƏDİ [23.05.2012] - NƏNƏLƏR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜLƏR [23.05.2012] - QEYRİ-SABİT HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK [23.05.2012] - NAZİRDƏN "EUROVİSİON" MƏQALƏSİ [23.05.2012] - CAN BONOMOYA BAKIDA BİLET ŞOKU(YENİLƏNİB) [23.05.2012] - MÜXALİFƏT LİDERLƏRİ İSVEÇ ZİYAFƏTİNDƏ [23.05.2012] - SƏRHƏD ZASTAVASINDA İKİ ƏSGƏRİN MEYİTİ TAPILIB |
| Yeni MÜSAVAT © 2008 |
|