12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

BAKIDA MƏNZİLƏ BASQIN EDİLİB

2010-07-28

Naməlum şəxslər mənzildən külli miqdarda pul və qızıl aparıblar

Paytaxtda yerləşən mənzillərin birinə basqın edilib, mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları aparılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, iyulun 27-də saat 06 radələrində bir neçə naməlum şəxs Topçubaşov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Fəniyə Ağayevanın mənzilinə daxil olublar.

Hadisə zamanı mənzildə ev sahibinin tanışı, 1984-cü il təvəllüdlü Azad Qəhrəmanov olub. Naməlum şəxslər onun əllərini iplə bağladıqdan sonra döyüblər və şüşə banka ilə ona xəsarət yetiriblər.  Bundan sonra basqınçılar mənzildəki 40 min manat pulu, qızıl-zinət əşyalarını və sair vəzndə yüngül, qiymətdə ağır şeyləri götürərək hadisə yerindən qaçıblar. Hadisə haqda hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi onlar dərhal hadisə yerinə gedərək araşdırmalara başlayıblar. Müəyyən edilib ki, basqınçılar evə pəncərədən daxil olublar. Mənzilin 1-ci mərtəbədə yerləşdiyi bildirilir. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

S.Kazımlı

1407 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTAMBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

ARXIV

Yeni MÜSAVAT © 2008