13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

MƏŞHUR SƏNƏTÇİLƏRİN İLK PEŞƏSİ NƏ OLUB?

2010-07-29

Onların arasında limon satan yetim, traktorçu, inşaat fəhləsi,dülgər, alt paltar satanlar da var

Türkiyədə çıxan "Hürriyet" qəzetində milli sənətçilərin keçmişdə, erkən gənclikdə hansı peşə ilə məşğul olduqları barədə maraqlı material dərc olunub. Heç demə, Azərbaycanda da tanınan, sevilən sənətçilər gəncliklərində xeyli sadə, perspektivsiz görünən peşələrdə çalışırmışlar.

"Bu akşam ölürüm" şarkısı ilə türk dünyasına səs salan Murat Kəkilli cavanlığında hamballıq edirmiş.

Türkiyədə yarışmalara qatılan azərbaycanlı sənətçilərə sayğısızlıq edən Armağan Çağlayan isə musiqiçi olmazdan öncə vəkil işləyirmiş.

Əslən azərbaycanlı, göyçəli olan İzzət Altınmeşə usta türküçü kimi tanınmazdan əvvəl bərbər işləyib.

Uzun müddət Türkiyədə 1 nömrəli musiqiçi kimi tanınan şair, bəstəkar, müğənni Ferdi Tayfir troktorçu imiş.

Usta çarkıçı Adnan Şənsəs gəncliyində uzun müddət dülgərlik (maranqozluq) edib.

"Nə oldu sana, nə oldu boylə" deyə-deyə özünü Türkiyədə və Azərbaycanda sevdirən Davud Güllüoğlu musiqiyə baş qoşmazdan əvvəl Rizədə peşəkar futbolçuluq edirmiş.

Türkiyə estradasının vazkeçilməz ismi olan müğənni-bəstəkar Sərdar Ortac atasının məsləhəti ilə qaynaqçı işləyirmiş.

Ünlü şarkıçı Handə Yenər isə mağazada çalışırmış - o vaxta qədər ki, Sezən Aksu onun işlədiyi mağazaya girib və Handənin taleyinin yönü dəyişib.

Məşhur aktyor Tarik Akan bir müddət xilasedici işləyib, daha sonra qəzetçilik təhsili alıb.

Hazırda Türkiyədə ən məşhur seriallara musiqi yazmaqla tanınan bəstəkar Kıraç gəncliyində musiqi müəllimi işləyib.

Son vaxtlar ulduzu parlayan Fərhat Köçər həkimdir, həm də cərrah-həkim.

Ölkəmizə tez-tez təşrif buyuran Rafet el-Roman gəncliyində camedə müəzzinlik edib.

Türk musiqisinin kralı İbrahim Tatlısəs inşaat işçisi, fəhlə olub.

İlk dəfə ölkəmizə 1978-ci ildə gələrək "Səni bekləyə-bekləyə" adlı şarkısıyla çıxış edən Müşərrəf Akay (o zamanlar Müşərrəf Tezcan) erkən gəncliyində bazarlarda alt paltarlar satırmış.

Müəzzəz Ərsoy da onun kimi mağazada çalışıb.

Atasını erkən yaşda itirən Çelik bazarlarda limon satarmış.

Sibel Can rəqqasə olub.

Məşhur komediyaçı Cem Yılmaz gəncliyində karikaturaçı imiş.

Məşhur Hollivud aktyoru Bred Pitt ali təhsilli jurnalist olmağa az qalmış peşəsini dəyişdirib, aktyor olub.

Meq Rayan da jurnalist olmaq üzrəymiş, amma tale üzünə gülüb.

 

 

musavat,com

2856 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

ARXIV

Yeni MÜSAVAT © 2008