|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Oğuz-Qəbələ-Bakı su kəmərinin Oğuz rayonundan keçən hissəsinin tikintisi zamanı faciə baş verib. Bu barədə "Yeni Müsavat"ın hazırda həmin rayonda olan əməkdaşı Röya Rəfiyeva məlumat verib. Əməkdaşımızın sözlərinə görə, kəmərin tikintisi zamanı Oğuz rayonunun Tərkeş və Xaçmaz kəndləriindən olan 43 və 45 yaşlı iki fəhlə boruların arasında qalıblar. Onlardan biri - Tərkeşdən olan fəhlə yerindəcə həlak olub, digəri isə yaralanıb. Görülən xilasetmə tədbirlər nəticəsində onları torpaq uçqununun və boruların altından çıxarmaq mümkün olub. Ancaq məlum olub ki, fəhlələrdən biri artıq canını tapşırıb, digərinin vəziyyəti isə pisdir. Hadisə yerində olan rəsmilər həlak olan və yaralanan fəhlələrin kimliyini açıqlamayıblar və maksimum dərəcədə çalışıblar ki, bu barədə heç yerə xəbər sızmasın. Əməkdaşımız onu da bildirir ki, bu tikintidə fəhlələr müqaviləsiz işlədilir və təhlükəsizlik texnikasına riayət edilmir.
musavat,com 2486 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|