|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ölkəmizdə qısamüddətli işgüzar səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP yetkilisi Atilla Kaya bu gün "Yeni Müsavat"a təşrif buyurdu. Azərbaycanın, eləcə də qəzetimizin köhnə və sadiq dostu olan Atilla Qayanı baş redaktor Rauf Arifoğlu qarşıladı.
Möhtərəm qonağımızla söhbət zamanı o bildirdi ki, bu günlərdə Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərliyi ilə 100-ə qədər siyast və iş adamları Azərbaycana gəliblər. TBMM-in Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü olaraq onların arasına qatıldığını vurğulayan A.Qaya bildirdi ki, səfər daha çox işgüzar xarakter daşıyır. O, keçirdikləri görüşlərdə Türkiyə və Azərbaycanın illik ticarət dövriyyəsinin hər iki qardaş ölkənin potensialından qat-qat aşağı olmasının vurğulandığını dedi: "Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən türkiəyli iş adamlarının problemləri dilə gətirldi. Bu problemlər əsasən gömrük orqanları ilə bağlıdır. Bütün dünyada gömrükdə sənədləşdirmə, gözləmə həddi 11-14 gündürsə, bu, Azərbaycanda 54 gündür. Bu isə iş adamlarına böyük problemlər yaradır".
Daha sonra Atilla Qaya iki qardaş ölkə münasibətlərindəki pozitiv irəliləyişlərdən, gərginliyin arxada qalmasında və inşallah belə davam etməsinin faydalı olacağından danışdı. Ölkəmizin sadiq dostu ilə geniş söhbəti "Yeni Müsavat"ın sabahkı sayında oxuya biləcəksiniz. musavat,com 1600 dəfə baxılıb
|
[09.02.2012] - ETNA VULKANI OYANIB [09.02.2012] - "EUROVİSİON" ƏTRAFINDA SİYASƏT SÖHBƏTİ [09.02.2012] - İSA QƏMBƏR ATƏT SƏFİRİ İLƏ GÖRÜŞÜB [09.02.2012] - XƏZƏRDƏ AYSBERQLƏR ƏMƏLƏ GƏLİB [09.02.2012] - SURİYANIN MÜXALİF ORDUSU İRANA MESAJ GÖNDƏRDİ [09.02.2012] - “YENİ MÜSAVAT” YENƏ İŞIQSIZ QALDI (FOTOLAR) [09.02.2012] - BAŞ HƏKİMİ AZADLIĞA BURAXDILAR [09.02.2012] - NOVRUZOVDAN YENİ SAYIQLAMA [09.02.2012] - TÜRKİYƏDƏ 13 PKK-çı ÖLDÜRÜLÜB [09.02.2012] - ÖTƏN AY ÖLKƏMİZDƏ YOL QƏZASINDA 62 NƏFƏR ÖLÜB [09.02.2012] - GECƏ BAKIDA HAVANIN HƏRARƏTİ - 8 OLUB [09.02.2012] - ŞAXTA QƏZETLƏRİN TİRAJINI BUZ KİMİ KƏSİB [09.02.2012] - SURİYADA QIRĞIN DAVAM EDİR [08.02.2012] - RAMİL USUBOV NEJDAT ÖZƏLLƏ GÖRÜŞÜB [08.02.2012] - QIRMIZI QAR YAĞDI [08.02.2012] - AZƏRBAYCANDA "LOTU" YOXDUR [08.02.2012] - "KƏRƏM HƏSƏNOV GEC-TEZ HƏBS OLUNACAQ" [08.02.2012] - İRAN PARLAMENTİ PREZİDENTİ SÖHBƏTƏ ÇAĞIRDI [08.02.2012] - MƏMURLAR BOTANİKA BAĞINA GÖZ DİKİB (FOTOLAR) |
| Yeni MÜSAVAT © 2008 |
|