 |
Son xəbər
İKİ NAZİRİN QOHUMLARI BİR-BİRİNİ QIRIR 2010-07-30 Ziya Məmmədovdan Kəmaləddin Heydərovun yeznəsinə emborqo Nəqliyyat nazirinin qardaşı Nəriman Məmmədovla «fövqəlnazir»in yeznəsi Elnur Məmmədov işlədikləri Nəqliyyat Müfəttişliyində heç cür yola getmirlər
|
Məmur-oliqarxlar arasında savaş getdikcə şiddətlənməkdədir. Xüsusi ilə də nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında münasibətlər tam kəskinliyi ilə özünü göstərməkdədir. Belə ki, iki nazir arasında münasibətlər bir neçə ildir ki, gərgindir. Tərəflər iqtisadi və biznes maraqlarını heç bir halda bir-birinə güzəştə getmək istəmir. Bir müddət əvvəl Ziya Məmmədov Kəmaləddin Heydərovun bacısının yoldaşı olan və üzün müddət bu sistemdə işləyən Elnur Məmmədovu Nəqliyyat Müfəttişliyinin rəis müavini vəzifəsindən çıxardaraq, müfəttişliyin ekspedisiya şöbəsinə rəis göndərib. Buna səbəb Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla Elnur Məmmədovun yola getməməsi olub. Bu barədə bizi məlumatlandıran müfəttişliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, idarədə keçirilən son kollegiya iclasında nazirin qardaşı ilə Elnur Məmmədov arasında kəskin mübahisə düşüb. Müfəttişliyin əməkdaşlarının qarşısında onlar bir-birilərinə ağır sözlər deyiblər. Mənbənin sözlərinə görə, mübahisəyə səbəb Elnur Məmmədovun rəhbərlik etdiyi şöbədə çalışan və Nəriman Məmmədovun yaxın adamı kimi tanınan Füzuli və digər iki şəxsi işdən uzaqlaşdırması olub. Mənbə Nəqliyyat Müfəttişliyinin ən gəlirli sahələrindən biri sayılan ekspedisiya şöbəsində «dövr edən» pulların heç bir hissəsinin hazırda «yuxarı»ya ötürülmədiyini və Elnur Məmmədovun əməlli-başlı Ziya Məmmədova və qardaşına müqavimət göstərdiyini bildirdi: «Elnur Məmmədov açıq şəkildə bəyan edir ki, bundan sonra geri çəkilməyəcək. Və Nəriman Məmmədovun bütün baş verən özbaşınalıqların və korrupsiyanın başında dayandığını bildirir».
Mənbəmiz Elnur Məmmədovun vəzifəsinin aşağı salınmasına Kəmaləddin Heydərovun hələlik birbaşa müdaxilə edilmədiyini deməklə yanaşı, fövqəlnazirə məxsus dövri mətbuatda Nəqliyyat Müfəttişliyi barədə gedən informasiyalardan Ziya Məmmədovun narahatçılıq keçirdiyini də bildirdi: “O, bütün yaxınlarına ehtiyatlı olmağı tapşırıb”. Mənbənin sözlərinə görə, Elnur Məmmədov nazirlikdən gələn heç bir tapşırığa əməl etmir və şöbədə sürücülərdən alınan rüşvətin məbləğini artırıb. Buna qarşı Nəqliyyat Müfəttişliyinin rəhbərliyinin atdığı addım isə çox maraqlı olub. Belə ki, bütün nəqliyyat müfəttişlərinə tapşırılıb ki, sürücülərdən alınan sənədlər ancaq zəruri hallarda Elnur Məmmədovun rəhbərlik etdiyi şöbəyə göndərilsin: «Son vaxtlar ekspedisiya şöbəsinə daxil olan avtomobillərin sənədləri xeyli azalıb». Göründüyü kimi, Ziya Məmmədov məhz bu yolla Elnur Məmmədovu oyundan kənarda saxlamağa çalışır. Qeyd edək ki, Elnur Məmmədovun rəhbərlik etdiyi ekspedisiya şöbəsi yük avtomobillərinin və taksi xidməti göstərən maşınların yük yerlərinin standartlara uyğun olub olmadığına məsuldur. İdrak CAMAL 8375 dəfə baxılıb
|
[09.02.2012] - ETNA VULKANI OYANIB [09.02.2012] - "EUROVİSİON" ƏTRAFINDA SİYASƏT SÖHBƏTİ [09.02.2012] - İSA QƏMBƏR ATƏT SƏFİRİ İLƏ GÖRÜŞÜB [09.02.2012] - XƏZƏRDƏ AYSBERQLƏR ƏMƏLƏ GƏLİB [09.02.2012] - SURİYANIN MÜXALİF ORDUSU İRANA MESAJ GÖNDƏRDİ [09.02.2012] - “YENİ MÜSAVAT” YENƏ İŞIQSIZ QALDI (FOTOLAR) [09.02.2012] - BAŞ HƏKİMİ AZADLIĞA BURAXDILAR [09.02.2012] - NOVRUZOVDAN YENİ SAYIQLAMA [09.02.2012] - TÜRKİYƏDƏ 13 PKK-çı ÖLDÜRÜLÜB [09.02.2012] - ÖTƏN AY ÖLKƏMİZDƏ YOL QƏZASINDA 62 NƏFƏR ÖLÜB [09.02.2012] - GECƏ BAKIDA HAVANIN HƏRARƏTİ - 8 OLUB [09.02.2012] - ŞAXTA QƏZETLƏRİN TİRAJINI BUZ KİMİ KƏSİB [09.02.2012] - SURİYADA QIRĞIN DAVAM EDİR [08.02.2012] - RAMİL USUBOV NEJDAT ÖZƏLLƏ GÖRÜŞÜB [08.02.2012] - QIRMIZI QAR YAĞDI [08.02.2012] - AZƏRBAYCANDA "LOTU" YOXDUR [08.02.2012] - "KƏRƏM HƏSƏNOV GEC-TEZ HƏBS OLUNACAQ" [08.02.2012] - İRAN PARLAMENTİ PREZİDENTİ SÖHBƏTƏ ÇAĞIRDI [08.02.2012] - MƏMURLAR BOTANİKA BAĞINA GÖZ DİKİB (FOTOLAR) [08.02.2012] - TÜRKİYƏYƏ QAZIN VERİLMƏSİ BƏRPA OLUNUR ARXIV
|