|
Son xəbər
ƏSGƏR İNTİHAR EDİB 2010-09-02
|
Milli ordunun daha bir əsgəri dünyasını dəyişib. Hadisə dünən baş verib. Abşeron rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Sadıqov Tacəddin Nurəddin oğlu avqustun 10-da xidmət etdiyi, Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədən qaçıb. Valideynləri onu xidməti yerinə geri qaytarmaq istədikdə isə əsgər sirkə turşusu içərək özünü öldürmək istəyib. O, valideynləri tərəfindən avqustun 23-də Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Əsgər ötən gün dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intiharın səbəbləri araşdırılır (ANSPRESS). 959 dəfə baxılıb
|