|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd təqdim etdiyi şəxs özümə bildirib ki, o, namizədliyini mənim xeyrimə geri götürəcək, həmçinin seçki kampaniyamda yaxından iştirak edəcək. Mahir Ağayev Sumqayıt şəhəri ərazisində yaşayır. Bu fakt mənim təşviqat kampaniyamda inşallah çox böyük rol oynayacaq”. Bu açıqlamanı APA-ya millət vəkili, Müsavat Partiyasının 41 saylı Sumqayıt I seçki dairəsindən namizədliyi dəstəklənən İkram İsrafil deyib. O, 2005-ci ildə keçirilmiş seçkilər zamanı həmin dairədən müxalifətin vahid namizədi kimi dəstəkləndiyini və qələbə qazandığını xatırladaraq ötən 5 ildə seçicilərin arasında olduğunu deyib: “Artıq Demokratiya Uğrunda İttifaq da mənim namizədliyimi dəstəklədiyini açıqlayıb. Mənim qənaətimə görə, Müsavat Partiyası və AXCP-nin vahid namizədi İkram İsrafil olacaq”. AXCP tərəfindən 41 saylı Sumqayıt I seçki dairəsindən namizədliyi dəstəklənən Mahir Ağayev isə APA-ya açıqlamasında İ. İsrafilin dediklərinin təkzib edib. O, Sumqayıt şəhəri və namizəd olacağı dairənin sakini olduğunu deyərək həmin dairədən namizədliyini irəli sürməyə iddialı olduğunu bildirib: “Son bələdiyyə seçkilərində də namizədliyimi məhz bu dairədən vermişdim. Bura mənim öz bostanımdır. Başqa ərazinin, başqa dairənin sakininin gəlib məni dairəmdə iddialı olmasını qəbul etmirəm. Mən siyasi fəaliyyətlə İkramdan qabaq məşğul olmağa başlamışam. Mənim tərcümeyi-halım ondan daha zəngindir. Həmin dairədən iddialı olmağımın kökündə məhz bu amillər dayanır”. M. Ağayev İ. İsrafilin xeyrinə namizədliyini geri götürəcəyi barədə millət vəkilinin fikirlərinə də münasibət bildirib: “Bu, İkram bəyin mövqeyidir”.
2638 dəfə baxılıb
|
[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB [11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB? [11.02.2012] - BRAYZA SƏFİR TƏYİNATI BARƏDƏ DANIŞIB [11.02.2012] - MİLYARDER SAAKAŞVİLİNİN PORTRETİNİ AYAQLAYIB |
| Yeni MÜSAVAT © 2008 |
|