|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dövlət Bayrağı Meydanındakı bayraq sentyabrın 3-də götürülüb. “Azadlıq” radiosunun məlumatına görə, bayraq səhər saat 8-9 arasında çıxarılıb. Ərazidə çalışan fəhlələr və mühafizəçilər radionun əməkdaşına bunun səbəbini deməyiblər. Bir versiyaya görə, hava küləkli olduğundan bayraq cırılıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkətinin hazırladığı layihəni Azərbaycanın “Azenko” şirkəti icra edib. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. "Yeni Müsavat"ın əməkdaşı Dövlət Bayrağı Meydanında olub, reportaj hazırlayıb. Həmin reportajı qəzetin sabahkı sayında oxuya bilərsiniz.
6470 dəfə baxılıb
|
[12.02.2012] - QƏDDAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB [11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB? [11.02.2012] - BRAYZA SƏFİR TƏYİNATI BARƏDƏ DANIŞIB |
| Yeni MÜSAVAT © 2008 |
|