13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

ERMƏNİLƏRLƏ DÖYÜŞDƏ İKİ HƏRBÇİMİZ ŞƏHİD OLUB

2010-09-04

Bu gün səhər saatlarında ermənilər cəbhə xəttində - Tərtərin Həsənqaya kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərinə doğru hücuma keçib. ANS TV-nin Qarabağ bürosundan aldığımız məlumatda baş verən şiddətli atışmada Ordumuzun 2 şəhid verdiyi və 1 əsgərimizin yaralandığı bildirilir.

ANS-in Qarabağ bürosunun məlumatına görə, şəhid olan hərbçilər zabit olublar və qarşı tərəfin atəş nöqtələrini məhv edərkən onlardan birinin meyiti qarşı tərəfdə qalıb.

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib. 

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən silahlı insident zamanı şəhid olan Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, şəhid olan hərbçilər 1976-cı il təvəllüdlü Əhməd Hüseynağa oğlu Abdullayev (Cəlilabad rayonu) və 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədovdur (Xətai rayonu).

Atışma zamanı Azərbaycan Ordusunun zabiti Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılmış zabitin həyatını xilas etmək mümkün olmayıb.

 

3455 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

ARXIV

Yeni MÜSAVAT © 2008