|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Yardımlı rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Seyran Davudlunun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə sentyabrın 4-də saat 04.30 radələrində qeydə alınıb. Rayonun Zevin kənd sakinləri, 1972-ci il təvəllüdlü Şəmsəddin İsmayıl oğlu Eyniyevlə onun qardaşı Niyaməddin İsmayıl oğlu Eyniyev çoxsaylı bıçaq zərbələri vurmaqla həmkəndliləri, 1962-ci il təvəllüdlü Rasim Əvəz oğlu Talıbovu və 1982-ci il təvəllüdlü Rahil Asif oğlu Əliyevi qətlə yetiriblər. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisəni törədən qardaşlar İran İslam Respublikasının ərazisinə keçmək istəyərkən Yardımlı rayonunun hüquq-mühafizə orqanları əməkdaşlarının və sərhədçilərin birgə səyləri ilə yaxaqlanaraq istintaq orqanlarına təhvil veriliblər. Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
986 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏDDAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB [11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB? |
| Yeni MÜSAVAT © 2008 |
|