|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Lənkəranda baş vermiş silahlı insidentin təşkilatçısı həbs edilib. Bu barədə APA-ya açıqlamasında Lənkəran rayon Polis Şöbəsinin rəis müavini Cavid Ağayev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində məscidin qarşısına toplaşmış dinc sakinlərə odlu silahdan atəş açan Arif Feyzullayev tutularaq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı rayon Polis Şöbəsi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi və Lənkəran Rayon Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanova isə xəsarət yetirərək hadisə yerindən qaçan Arif Feyzullayevlə birgə cinayətin digər iştirakçıları Zamin Sadıqov, Masallı rayon sakinləri Məmmədağa Dəyyanov və Xəqani Əhədov tutularaq istintaqa təhvil veriliblər. Hadisənin təşkilatçısı olan A. Feyzullayevdən 1 ədəd "TOZ-8" və 1 ədəd "TOZ-34P" markalı tüfənglər götürülüb. Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından ikisi - Masallı sakinləri Ramil İlham oğlu Hümbətov və Emin Bağırov saxlanılıb.
2974 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|