|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İsti hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yaradacaq Bakı və Abşeron yarımadasında sentyabrın 6-da hava az buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb ilə əvəz olunacaq. Sentyabrın 7-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24, gündüz 31-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. Sentyabrın 8-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 30-33 dərəcə isti olacaq. Sentyabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 7-də hava, əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 27-32 dərəcə isti olacaq. Sentyabrın 8 və 9-da hava, əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 8-də axşam bəzi şimal-qərb rayonlarında, sentyabrın 9-da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı rayonlarda arabir güclənəcək. Gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən sentyabrın 7-də gündüz Abşeron yarımadasında isti diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gün ərzində iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif, mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1586 dəfə baxılıb
|
[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB [11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB [11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK [11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB |
| Yeni MÜSAVAT © 2008 |
|