|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Daşqından ziyan çəkən bölgələrdəki orta məktəblər sentyabrın 15-dək hazır olacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, bu il yalnız Bakıda ibtidai siniflər üçün vahid məktəbli geyimi məcburidir. Qalan siniflərin şagirdləri isə əvvəlki illərin məktəbli formasını geyə bilərlər. M. Mərdanov hələlik bütün orta məktəb şagirdləri üçün vahid məktəbli geyiminin tətbiqinin gözlənilmədiyini söyləyib. Nazir əlavə edib ki, hazırda müəllimlərin böyük əksəriyyəti ”“ təxminən 85 faizi qadınlardır: “Bu, qəbuledilən hal deyil. Müəllimlərin heç olmasa 30 faizi kişi olmalıdır. Məktəb direktorlarının da 95 faizi qadındır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Məncə bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Evə əsas qazancı kişi gətirir. Onlar həyat yoldaşlarını evdə qalmamaları üçün məktəbə işə göndərirlər”. M. Mərdanovun sözlərinə görə, artıq iki ildir ki, müəllimlərin işə qəbulu kompüterlə həyata keçirilir və bu proses çox ciddi nəzarətə götürülüb. Nazir hesab edir ki, bağçalarda da müəllimlərin işə qəbulu belə formada həyata keçirilməlidir: “Biz araşdırma apardıq və gördük ki, bağçada işləyənlərin böyük əksəriyyətinin heç orta ixtisas təhsili də yoxdur. Ona görə də bu işə çox ciddi yanaşılmalıdır”.
1037 dəfə baxılıb
|
[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|