13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİNİN BUGÜNKÜ GÖRÜŞÜ SONUNCU OLA BİLƏR

2010-09-06

Müsavatla AXCP qarşılıqlı şərtlər irəli sürüb

Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli parlament seçkilərində birgə namizədlərin müəyyən ediləcəyi yekun siyahının müzakirəsi ilə bağlı bu gün görüşəcəklər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının verdiyi məlumata görə, hər iki partiyanın vahid siyahısının bu həftə rəsmən elan edilməsi gözlənilir: “Bu görüş, çox güman, sonuncu olacaq və namizədlərin razılaşdırılması başa çatacaq. Artıq 80 dairədə vahid namizədlər razılaşdırılıb və görüşdə sayın artacağı gözlənir. Bəzi dairələrlə bağlı ciddi fikir ayrılığı var. Həmin dairələrdə vahid namizədlərimiz olmaya bilər. Bu da blokun yaradılmasına mane olmur.

Müsavat Məclisinin təsdiq etdiyi deputatlığa namizədlərin siyahısında AXCP ilə razılaşdırılmış və hələ razılaşdırılmamış dairələr də var. Bütün bu məsələlərə sabahkı (bugünkü-red.) görüşdə aydınlıq gətiriləcək. Yekun siyahının təsdiqindən sonra seçki bloku yaradılacaq və blokun adı, simvolları müəyyən eiləcək”.
F.Qəhrəmanlı bildirdi ki, AXCP Ali Məclisinin Rəyasət Heyəti partiyanın daha real namizədlərinə güzəşt müqabilində Müsavat Partiyası deputatlarının dairələrindən namizəd verməməyin mümkünlüyü haqda qərar qəbul edib. Rəyasət Heyəti AXCP-Müsavat blokunun vahid namizədlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb: “Yekdil rəy ondan ibarət oldu ki, Müsavat deputatlarının vahid namizəd olmaları üçün müəyyən qarşılıqlı güzəştlər mümkündür. 41 saylı Sumqayıt seçki dairəsindən AXCP Sumqayıt şəhər şöbəsinin sədri Mahir Ağayev deputat İkram İsrafil güzəştə gedə bilər. Bunun müqabilində Müsavatın 44 saylı Sumqayıt dairəsindən AXCP funksioneri, jurnalist Seymur Həziyevə güzəştə getməsini və sıravi üzv Oqtay Tahirovun namizədliyinin geri götürülməsini istəyirik. Mən özüm də 34 saylı seçki dairəsində müsavatçı deputat Nəsib Nəsibliyə güzəştə gedə və 33 saylı Suraxanı seçki dairəsinə keçə bilərəm. 30 saylı seçki dairəsindən Müsavat Divanının üzvü Vurğun Əyyubun vahid namizəd olması qərarlaşdırılmışdı. Vurğun Əyyub işləmək üçün Türkiyəyə gedir və parlament seçkisində iştirak edə bilməyəcək. Ona görə də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 30 saylı dairədən namizəd olmaq istəsə, mən 33-cü dairədən namizəd ola bilərəm. 8 saylı Binəqədi seçki dairəsindən Arzu Səmədbəylinin vahid namizəd olması barədə də düşünürük. Danışıqları sürətləndirmək və bloku elan etmək üçün müəyyən güzəştlər qaçılmazdır. 2005-ci ildə 48 saylı Yevlax seçki dairəsində seçkiləri faktiki udmuş AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər İsgəndərliyə Müsavatdan güzəşt doğru olardı. Biz isə bunun müqabilində İmişlidə Müsavat Partiyasının deputatı İltizam Əkbərliyə güzəştə gedərik və o, blokun vahid namizədi olar”.
Dünən mediaforum.az saytı isə Müsavat Partiyasının AXCP ilə seçki blokunun yaradılması üçün qəti şərt irəli sürdüyü haqda məlumat yayıb. Adının çəkilməsini istəməyən şəxsə istinadən yayılan xəbərdə deyilir ki, seçki blokunun yaradılması üçün AXCP-nin üç dairədə güzəştə getməsi istənir. Bunlar Divan üzvləri Qubad İbadoğlu (20 saylı Nərimanov ikinci), Adil Qeybulla (115 saylı Şəki kənd ikinci) və başqan müavini Mehman Cavadoğlunun (29 saylı Səbayel) namizəd olduqları dairələrdir: “Əgər sentyabrın 7-də partiya rəhbərlərinin keçirəcəyi görüşdə AXCP bu dairələrdə güzəştə getməsə, yəni Qubad İbadoğlu, Adil Qeybulla və Mehman Cavadoğlunun vahid namizəd olmasına razılıq verməsə, Müsavat Partiyası parlament seçkisinə ayrılıqda gedəcək. Müsavatın seçkiyə tək getməsinə dair sənədlər hazırdır və 7 sentyabr görüşü nəticəsiz bitsə, dərhal Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.

Etibar SEYİDAĞA

2710 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - BU GÜN "EUROVİSİON-2012" TƏMSİLÇİMİZ BƏLLİ OLACAQ

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

ARXIV

Yeni MÜSAVAT © 2008