13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

MİNSK QRUPU QALDIQCA MÜNAQİŞƏNİN HƏLLİ UZANACAQ

2010-09-07

Azərbaycan hökumətinin bu qrup çərçivəsində ilişib qalması torpaqların itirilməsi ilə nəticələnə bilər
Həmsədrlər gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov, Robert Bradtke və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Bakıya səfər etməsi heç nəyi müsbətə doğru dəyişməyəcək. Həmsədrlər Minsk Qrupunun fakt-araşdırıcı missiyasının işğal altında olan Azərbaycan torpaqlarına səfərinin təşkilinə dair detalları razılaşdıracaq. Yenə də məzmunsuz söhbətlər, bir-birini təkzib edən ifadələr, “baş altına yastıq qoymalar” və s.

Təmas xətti

İlk öncə demək istəyirəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vəzifəsinin nə olduğu tam aydın deyil. Təmas xəttində atəşkəs rejimini yoxlayır və hesabat yazır. Əgər bu hesabatın əməli təsiri olmursa, bunun münaqişənin həllinə nə faydası var? Düşünürəm ki, təmas xəttində yoxlama aparmağın birtərəfli qaydada dayandırılması Azərbaycan tərəfindən gündəliyə salınmalıdır.

Minsk Qrupu

Əlbəttə, Fransa və ABŞ-dan olan həmsədrlərin DQ münaqişəsinin həllinə doğrudan da nail olmaq üçün çalışdıqlarına şübhə ilə yanaşa bilmərəm. Amma rusiyalı həmsədrin bu münaqişənin həllinə yox, status-kvonun saxlanmasına çalışdığının fərqindəyəm. ABŞ və Fransa isə sadəcə vasitəçilik yolu ilə hər iki tərəfi sülh sazişi imzalamağa sövq edir. Lakin Rusiya həmsədr ölkə olduqca və Azərbaycan Rusiyanın maraqlarını Ermənistan qədər təmin etməyincə, bu mümkün olmayacaq. Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ probleminin dinc yolla həlli yalnız onun müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasından keçir” bəyanatından sonra həmsədr ölkələrin bunu pisləyəcək bəyanatının olmaması bu qrupun dişsizliyindən və formallığından xəbər verir. Minsk Qrupu DQ münaqişəsini həll edə bilməz. Azərbaycan hökumətinin bu qrup çərçivəsində ilişib qalması, torpaqların itirilməsi ilə nəticələnə bilər. Məsuliyyət isə indiki iqtidarın üzərində qalacaq.

Nə etməli?

Azərbaycan Minsk Qrupundan tam imtina edə bilməz və aydındır ki, beynəlxalq qınaq da özünü çox gözlətməz. Ona görə də Azərbaycan iqtidarı hər bir fəaliyyət və hərəkəti ilə Minsk Qrupundan heç nə gözləmədiyini büruzə verməli və onun əhəmiyyətini şişirtməkdən çəkinməlidir. DQ münaqişəsinin həllinin BMT müstəvisinə çıxarılması təqdirə layiqdir, amma onun BMT müstəvisindən çıxarılması da bir o qədər ziyanlıdır. Azərbaycan iqtidarının əsas məsələsi münaqişənin BMT-nin qəbul etdiyi 4 qətnamə çərçivəsində həllini tapmasına çalışmasıdır. Qalan fəaliyyətlər diqqətin yönləndirilməsinə və gücün parçalanmasına gətirib çıxarmaqdadır. İqtidar Dağlıq Qarabağla bağlı apardığı siyasətin onun itirilməsinə gətirib çıxaracağını dərk etsə, münaqişənin həlli yolunda yeni üfüqlər açıla bilər. Bu üfüqlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin müxalifətlə danışıqlara getməsidir. Daxildə razılaşdırılmayan məsələnin beynəlxalq aləmdə razılaşdırılması mümkünsüz görünür.

Razi NURULLAYEV, AXCP sədrinin xarici əlaqələr üzrə müavini

1428 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008