 |
Son xəbər
AZƏRBAYCANA TAXIL DAŞIYAN QATAR PARTLADILIB 2010-09-07
|
Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki dəmir yolunda partlayış törədilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 12.30-da baş verən partlayış nəticəsində dəmir yolu ilə hərəkət edən yük qatarının 5 vaqonu relsdən çıxıb. Ölən və yaralanan yoxdur. İlkin məlumatlara əsasən yük qatarı Həştərxandan Azərbaycana taxıl aparırmış.
Partlayış nəticəsində Bakı-Tümen və Bakı-Moskva sərnişin qatarlarının hərəkəti də dayanıb. 1874 dəfə baxılıb
|