|
Son xəbər
32 YAŞLI QADIN İNTİHAR EDİB 2010-09-07
|
Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Hadisə bu gün rayonun Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 38-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 32 yaşlı İlhamə Rəhimova özünü yaşadığı evdə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 704 dəfə baxılıb
|