|
Son xəbər
BAKI SAKİNİ İNTİHAR EDİB 2010-09-08
|
Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan məlumat verilib. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 33 yaşlı Məmməd Baxışov yaşadığı evin tavanından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
889 dəfə baxılıb
|