13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

ETİMAD İSMAYILOVUN MƏHKƏMƏ İSTİNTAQI BAŞA ÇATIB

2010-09-08

Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi Etimad İsmayılovun işi üzrə məhkəmə istintaqını başa çatdırıb və tərəflərin çıxışları mərhələsinə başlayıb.

APA-nın məlumatına görə, bu barədə məhkəmənin dünən keçirilən iclasında qərar qəbul olunub. İclasda müdafiə tərəfi çıxışlara hazırlaşmaq üçün vaxt verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və iclası oktyabrın 5-dək təxirə salıb.
Xatırladaq ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.

E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.
 

 

1013 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR)

[12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI”

[12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR)

[12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB

[12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO)

[12.02.2012] - İSTANBULDA İSLAM PEYĞƏMBƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK (VİDEO)

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

ARXIV

Yeni MÜSAVAT © 2008