|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Vəzifədə olarkən yazdığı “Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət” kitabı ilə satış siyahilarını alt-üst edən Əskişəhər polis idarəsinin keçmiş rəisi Hanefi Avcının kitabının tirajı 567 minə çatıb ("Azadlıq" radiosu). Türkiyədə nurçuların dövlət orqanlarını ələ keçirməsindən bəhs edən kitabın tirajının yaxın vaxtlarda 800 minə çatması gözlənilir. Kitabın qiyməti 25 Türk lirəsidir (bu günkü məzənnə ilə 15.5 ABŞ dolları). Türkiyədə nəşriyyatların müəllifə verdiyi qonorar kitabın qiymətinin 10%-ni təşkil edir. Ancaq müəllifin populyarlığı və ya kitaba tələbin yüksək olacağı ehtimalı nəzərə alınaraq müəlliflərə daha yüksək qonorar verilə bilir. Məsələn, Nobel mükafatı laureatı Orhan Pamuk, kitablarının çap edildiyi İletişim yayınlarından 20-25% qonorar alır. Hanefi Avcının kitabının cəmiyyətdə doğuracağı əks-səda nəzərə alan Angora nəşriyyatı ona 15% qonorar verməyi qərarlaşdırıb. Kitabın tirajı hesablananda keçmiş polis rəisinin indiyə qədərki nəşrlərdən təxminən 1.5 milyon dollar qazandığı ortaya çıxır. Böyük nəşriyyatların sahibləri Hanefi Avcının kitabından 1 milyon ədəd satılacağını deyirlər. Hanefi Avcı öz kitabında yazır ki, Türkiyədə İslam dövləti qurmaq istəyən Fətullah Gülənin tərəfdarları - nurçular dövlət orqanlarını, xüsusən polis orqanlarında dərin kök atıblar. Onlar qeyri-qanuni telefon dinləmələri ilə nurçuları tənqid edənləri, eləcə də dünyəvi dövlət tərəfdarlarını şantaj edir, onları gözdən salırlar. Türkiyə cəmiyyətində artıq heç kimin bu səbəbdən rahat olmadığının vurğulandığı kitabda CHP lideri Dəniz Baykala qarşı seks-kasset qalmaqalının arxasında da polis orqanlarında yuva salmış təriqətçilərin dayandığı iddia edilir. Kitaba görə, eyni qaydada ordu generallarının, qəzetçilərin də telefon danışıqları dinlənir, İnternetə yerləşdirilməklə şantaj alətinə çevrilir. Təriqətçilərə yaxın TV və qəzetlər də bu qarayaxma kampaniyalarına dəstək verirlər.
2312 dəfə baxılıb
|
[12.02.2012] - "EUROVİSİON-2012" MİLLİ FİNALI BAŞLADI (FOTOLAR) [12.02.2012] - NƏ ƏRƏB “BAHARI”, NƏ DƏ RUS “QIŞI” [12.02.2012] - BAKI FUNİKULYORU 3-cü DƏFƏ ƏSASLI TƏMİR EDİLİR (FOTOLAR) [12.02.2012] - HAVALAR MÜLAYİMLƏŞƏCƏK [12.02.2012] - AZƏRBAYCANDA ZƏLZƏLƏ OLUB [12.02.2012] - QƏZZAFİNİN DAHA BİR OĞLU HƏBS EDİLDİ (FOTO) [11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK" [11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ [11.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI [11.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR [11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB [11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR) [11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ [11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ [11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB [11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ [11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ [11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB |
| Yeni MÜSAVAT © 2008 |
|